AMMH-nin fəaliyyət KONSEPSİYASI
Azərbaycanda bütün sahələrdə vəziyyət böhran həddini də keçib, iflas səviyyəsinə doğru üz tutmaqdadır. Bu, özünü təhsildə, səhiyyədə, sosial sahədə və digər mühüm sahələrdə qabarıq formada göstərməkdə, milli özündən uzaqlaşma prosesini sürətlənməkdədir. İllərdir labüd olan islahat prosesi kiçik məmur dəyişikliyindən o yana kəçməməkdədir. Hər keçən gün bütün sahələrdə artan ruspərəstlik, din (məzhəb) adı altında Rusiya və İran (fars) təsirini damarlarımıza qədər hiss etməkdəyik. Istər hakimiyyət, istər müxalifət, istərsə də bütövlükdə cəmiyyətimiz buna hər hansı adekvat reaksiya göstərməyərək, imperalizmə birbaşa və ya dolayısı ilə yardım etməkdədir.
Milli Müqavimət Hərəkatı hesab edir ki, yuxarıda sadaladığımız problemlər siyasətüstü, iqtidar-müxalifət münasibətlərinin fövqündə, milli və ölkəmizin suverenlik məsələsidir. Əgər, təxirə salinmadan bu problemlərin həlli istiqamətində ortaq platforma, ortaq mübarizə mexanizmi hazırlanıb fəaliyətə başlanmazsa, müstəqilliyimiz formal xarakter alıb, milli kimliyimiz daha da aşınaraq, təkrar imperalizmin əsarətinə düşəcəyik. Çağırışımız özünü milliyətçi, istiqlalçi hesab edən partiya, QHT, yazılı və görsel mediya qurumları və bütün aydınlarımızadır. Şəxsi və təşkilat münasibətlərini bir kənara qoyaraq, 1988-ci il ruhu ilə gecikmədən bir araya gəlinməli, ortaq mübarizəyə başlanmalıdır. Eyni zamanda, Azərbaycanın güneyində baş verən proseslər bir an da olsun diqqət mərkəzindən kənarda qalmamalıdır. Xüsusən, son zamanlar fars şovinizminin, Urmu başda olmaqla, qərb bölgələrimizin kūrdləşdirmə siyasəti dərindən araşdırılmalı, proqram hazırlanmalıdır. Tūrklərə qarşı siyasətində rus şovinizmi ilə eynilik təşkil edən, onlardan örnək alan İran rejimi ölkəmizin qərbində yeni və daha böyük "Dagliq Qarabağ"lar hazırlamaqdadır. Bizim üçün Makunun Xankəndidən, Sulduzun Şuşadan, Urmunun Xocalıdan fərqi yoxdur. Özünə milliyətçi, aydın deyən hər kəs Azərbaycanın gūney qismindəki sorunlara biganə qalmamalı, qala bilməməlidir.
Hesab edirik ki:
1. Xalqın iradəsinin əleyhinə olan, suverenliyimizə açıq təhdid yaradan, 2020-ci ilin 10 noyabrında "sülhməramlı" adı altında Qarabağa yerləşdirilən rus ordusu dərhal Azərbaycanı tərk etməlidir.
19-20 sentyabr 2023-cü il antiterror əməliyatından sonra Rusiya Sülhməramlı Qüvvələrinın heç bir funksiyası qalmamış, Qarabağdakı erməniler könüllü olaraq ölkəmizi tərk etmişlər. Vətəndaşlarımız, millətimiz arasındakı münasibətlər üçün hansısa "sülhməramlı"ya ehtiyac duyulması gülünc və dövlətimizə təhqirdir. Bütün təşkilatlar, ictimayi-siyasi xadimlər bir araya gələrək rus əsgərinin Azərbaycandan çıxarılması yönümündə ortaq mətn imzalamalı, dövlət suverenliyimizin bərpası təmin olunmalıdır!
2. 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin əleyhinə olan 22 fevral 2022 il Moskva sazişi dərhal ləgv edilməlidir.
3. Güney Azərbaycan Masası və Platforması yaradılmalı, qərb əyalətlərinin kūrdləşdirilməsi projesinin qarşısını almaq üçün tədbirlər hazırlanmalıdır.
4. Antimilli, antidövlət təhsil sisteminə qarşı mübarizə başlıca məqsəd olmalıdır. İlk növbədə rus dilində təhsilin sovet dövründən qat-qat artıq olmasının milli güvənliyimizə təhdid oldugunu dərk etməli, sonra buna qarşı mübarizə aparmalıyıq. Artıq, Bakı sürətlə rus dilli şəhərə çevilməkdə, milli yönümü itirməkdədir. Məktəblərimiz qocalmış Rusiya əhalisi üçün işçi qüvvəsi yetişdirməkdə, Türk dilinin qəbrini qazmaqdadır. Digər tərəfdən, mövcud təhsil sistemi ölkə iqtisadiyyatına hər il 10 milyard manatadək zərər vurmaqdadir. Belə ki, dövlətin təhsilə ayırdığı 5 millyard manata yaxın vəsait boşuna gedir, Azərbaycana xas, dunyada analoqu olmayan, "təhsilsiz ödəniş" və ya "ödənişli təhsilsizlik" sisteminə milyardlar ödənilir. Yəni, çarəsiz valideynlər, uşaq məktəbdə boş-boşuna vaxt itirməsin, repititor yanına getsin deyə, həm məktəb direktorlarına, həm də repititorlara ”xərcləmək” məcburiyyətindədirlər. Universitetlərimizin səviyyəsinə qane olmayan 10 minlərlə gəncimiz xaricdə təhsil üçün on millyardlar xərcləyir. Eyni zamanda ölkədən beyin köçünū sürətləndirir. Bu düşməncə təhsil sisteminin milli, mənəvi ziyanla yanaşı, ölkəmizə vurduğu maddi zərər neft sənayesindən gələn gəlirə yaxındır. Düşūşürük ki, müvcud təhsil sisteminə qarşı mübarizə erməni separatizminə qarşı mübarizədən daha önəmli, dövlətimizin təhlükəsizliyi üçün daha vacibdir.
5. Səhiyyə sistemi vətəndaşlarımızın problemlərinin başında gəlir. Yeni xəstəxanalar tikməklə vəzifəsini yerinə yetirdiyini düşünən Səhiyyə Nazirliyi insanlarımızın sağlamlığını Allahın ümidinə buraxmışdır. Ölkəmiz infarkt səviyyəsinə görə dünyada ilk üçlükdə, xərçəng xəstəliyinə görə ilk beşlikdədir. Sığorta sisteminə gőrə dünyanın ən geri ölkələri ilə yarışır. Bunun başlıca səbəbləri qida və dərman təhlükəsizliyinin yarıtmaz olması, sığortanın lazımı səviyədə olmaması ucbatından insanların vaxtında müayinədən keçə bilməməsi və bənzəri amillərdir. Digər tərəfdən, yanlış diaqnoz vətəndaşlarımızın ən böyük problemləri sırasındadır, məsuliyətsizlik, rüşvətxorluq, köhnə tibbi avadanlıqlar Azərbaycan səhiyyəsinin normativinə çevrilmişdir. Xəstəxanalar sağlamlıq ocağı deyil, gəlirli ticarət ocağına çevrilmişdir. Cərrahların önünə keçəni gərək olub-olmadan əməliyyat masasına yatırması adi hal almışdır. Nəticə olaraq vətəndaşlarımızın sağlıq sorunları ilə bağlı qonşu ölkələrə üz tutması, bəzi hallarda geridə qalmış İrana belə yönəlməsi insanlarımız üçün məşəqqət, millətimiz və dövlətimiz üçün utanc məsələsidir. Yaşam haqqı ən müqəddəs haqqdır. Səhiyyə sistemimiz bu haqqı bizim əlimizden almaqdadir. Yuxarıda sadaladığımız problemlərin həlli mücadiləmizin ana ünsürlerindən olmalı, bu yöndə təcili tədbirlər görülməli, insanlarımızın yaşam haqqı tanınmalıdır.
6. Hər keçən gün artaraq davam edən sosial ədalətsizlik,insanların pisləşən rifah səviyəsi millətimiz üçün dözülməz həddə çatmışdır. İqtisadiyyatımız zəifləməkdə, tənəzzülə doğru getməkdədir. Təbiətin bizə bəxş etdiyi neft-qaz gəlirləri olmazsa, olkə defolt elan edəcək duruma çatmışdır. Nefti, qazı olmayan qonşu Gürcüstan, Ermenistan iqtisadiyyatı bizdən dəfələrlə çox böyükməkdə, vətəndaşlarının həyat səviyəsi, sosial haqları Azərbaycanı geridə qoymaqdadır. Bilincli olaraq sənayeləşmənin önü kəsilməkdə, insanların iqtisadi azadlıqları məhdudlaşdırılmaqdadır. Belə bir vəziyyətdə vətəndaşlarımız sürətlə ölkəni tərk etməkdə, demoqrafiq fəlakət yaranmaqdadır. Bağlanan nigahlar pozulmaqda, boşanmaların sayı 50 faizə çatmaqdadır. Sadalamaqla bitməyən sosial, iqtisadi problemlər ölkədə psixoz vəziyəti yaratmaqdadır. Vətəndaşlarımızın həyat səviyyəsini yaxşılaşdırmaq istiqamətində fəaliyyət göstərmək priaritet olmalıdır.
7. Demokratiya, insan haqları, hakimiyyət bölgüsünün olmaması Azərbaycanın nəinki əllərinə, hətta ayaqlarına da vurulmuş qandaldır. Sisyasi instutların olmaması, partiyaların fəaliyyəti üçün minimum şəraitin yoxluğu, hakimiyyətin tək əldə cəmləşməsi inkişafımız yolunda böyük maneədir. Təklif edirik ki, təcili referendum keçirilməli, parlament seçkilerində proporsional sistemə keçilməli, mürtece seçki sistemi demokratikləşməli, partiyaların fəaliyəti üçün qanun və maliyə bazası yaradılmalıdır. Bələdiyyələrin səlahiyyəti Türkiyə səviyyəsinə gətirilməli, bələdiyyə institutları siyasi sistemin dayaqlarından biri halına dönüşməlidir. Dilimiz reabilitasiya olmalı, öz şərəfli adına qovuşdurulmalı, stalinizmdən qurtularaq təkrar Tūrk adını özünə qaytarılmalıdır. Soyad qanunu qəbul edilməli, -ov, -yev, -zadə kimi imperalizmin qalıqlarından qurtulmalıyıq. Dövlətin bütün qurumlarında Türkcədən başqa xarici dillər yasaqlanmalı, məsuliyyət tətbiq edilməlidir. Azərbaycanın Avropa Şurasının tələblərini yerinə yetirməsi və geri qayıtması təcili təmin edilməlidir!
8. Ölkədə qazilərin, şəhid ailələrinin maddi-mənəvi təminatı, səhiyyə problemləri öz layiqli həllini birdəfəlik tapmalı, sayı 80 nəfəri ötmüş qazi intiharlarına son qoyulmalıdır! Qazi intiharlarını araşdıran müstəqil ictimai komissiya yaradılmalı, bu sahədə dövlət məmurlarının məsuliyyəti müəyyən edilməlidir!
9. Azərbaycanın Avropa Birliyinə üzvlüyə qəbul edilməsi prosesi sürətləndirilməlidir! AŞPA-dan Azərbaycan Nümayəndə Heyətinin qovulmasının səbəblərini araşdıran müstəqil ictimai-siyasi komissiya yaradılmalı, səbəblər təcili aradan qaldırılmalı, Azərbaycanın bu vacib beynəlxalq quruma geri qayıtması təmin edilməlidir!
10. Torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən 30 illik işğalı dövründə Azərbaycana vurulmuş maddi-mənəvi-ekoloji zərərlər Ermənistandan təzminat şəklində tələb edilməlidir.
11. ”Xocall faciəsi”nin caniləri cəzasız qalmamalıdır. Erməni yaraqlılarının başında duran R. Koçaryan, S. Sərkisyan, S. Oqanyan və s. ilə yanaşı Rusiyanın 366-cı alayının komandirləri də öz layiqli cəzalarını alması üçün Beynəlxalq Məhkəməyə müraciət edilməlidir.
12. Ermənistanın terroru dəstəkləyən, işğalçı bir dövlət kimi “demillitarizasiyası” proqramı hazırlanmalı, BMT səviyyəsində təmin edilməlidir.
13. Ermənistanla Sülh müqaviləsinin imzalanması prosesi sürətləndirilməli, müqavilənin şərtlərinin hazırlanması Rusiyanın iştirakı olmadan birbaşa iki dövlət arasında aparılmalıdır.
14. “Tərtər genosidi”nin caniləri olan yüksək çinli dövlət məmurları, korpus komandirləri, çoxsaylı generallar vəzifələrindən azad edilməli, layiqli dərəcədə cəzalandırılmalıdır. Dövlətin 4 güc strukturunun bu müdhiş dölət terroru əməliyyyatında iştirakına hüquqi-siyasi qiymət verilməlidir! Zərərçəkmişlərin statusunun müyənləşdirilməsi, dövlət tərəfindən müvafiq təzminatların ödənilməsi üçün müstəqil ictimai siyasi komissiya təşkil edilməlidir!
15. ”Evrovision” cinayət işinə (2012 il) yenidən baxılmalı, günahsız həbs olunmuş vətəndaşlara bəraət verilməlidr. Vətəndaşa qarşı dövlət terroruna çevrilmiş bu qondarma cinayət işində məsul olan məhkəmə, prokurorluq və polis məmurları cinayət məsuliyyətinə cəlb edilməlidir!
16. Pandemiya təhlükəsinin tam sovuşduğu və quru sərhədlərin bütün dünya ölkələrində 2 ildən çoxdur açıldığı hər kəsə bəllidir. Azərbaycan vətəndaşlarının ölkədən giriş-çıxışına süni maneə yaradan, 2020-ci ilin mart ayından bəri quru sərhədləri bağlı saxlanılan Azərbaycan hakimiyyətinin insan haqqlarını pozan bu əməli qəti şəkildə pislənməli, bu cinayət əməlində məsul olan dövlət məmurlatrı cəzalandırılmalı, sərhədlərinin açılması təcili təmin edilməlidir!
AMMH-nin Yönətim Kurulu
12 mart 2024-cü il