Aba Media YouTube Kanalının rəsmi saytı.! » Siyasət » ATƏT – in Azərbaycandakı seçkilərə münasibəti
    

    ATƏT – in Azərbaycandakı seçkilərə münasibəti


    ATƏT – in Azərbaycandakı seçkilərə münasibəti


    ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyası Azərbaycan Respublikası Növbədənkənar Prezident Seçkiləri, 7 fevral 2024-cü il


     


    ARALIQ HESABAT 29 dekabr 2023 – 19 yanvar 2024


     23 yanvar 2024-cü il


     


    I. ALİ İCMAL


     • 7 dekabr 2023-cü ildə Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyini elan etdi. Prezident, ümumxalq səsverməsi ilə yeddi il müddətinə seçilir. Növbədənkənar seçkilərin təyin edildiyi gün Azərbaycan Respublikası və Ermənistan Respublikası suverenlik və ərazi bütövlüyünə hörmət əsasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi üzrə danışıqlar aparmaq niyyətlərini açıq şəkildə təsdiqlədilər. Bu seçki Azərbaycan Respublikasının bütün ərazisində keçiriləcək ilk seçki olacaq.


     


    • Bir müddət əvvəl Seçki Məcəlləsinə bir sıra texniki dəyişikliklər edilib. Bununla belə, düzəlişlər DTİHB-nin əvvəlki tövsiyələrini əhatə etməmiş və əvvəllər müşahidə edilmiş çatışmazlıqları aradan qaldırmaməşdır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra olunmayıb. Media haqqında və Siyasi partiyalar haqqında iki yeni qanunun bəyan edildiyi məqsədi media və partiyalar üçün əlverişli mühit təmin etməkdir, lakin DTİHB SMM həmsöhbətləri tərəfindən hər iki qanun ifadə və birləşməq azadlığı üçün məkanı daha da daralatmaq məqsədi daşıyan kimi qəbul olunur.


     


    • Seçkiləri Mərkəzi Seçki Komissiyası (MSK), 125 Dairə Seçki Komissiyası və 6319 Məntəqə Seçki Komissiyası idarə edir. Bütün səviyyələrdə komissiyaların tərkibi parlamentin siyasi tərkibini əks etdirir. Bütün səviyyələrdə texniki hazırlıqlar davam edir və DTİHB SMM-in görüşdüyü seçki komissiyaları peşəkar və yaxşı resurslara malik qurumlar təəsüratı yaradır. MSK mətbuatın və müşahidəçilərin iştirak etdiyi müntəzəm iclaslar keçirib. MSK əsasən səsvermə ilə bağlı seçicilərin fəal iştirakını təşviq edən geniş seçici məlumat kampaniyasına başlamışdır. MSK-nın 18 Ovenden dördü qadındır.


     


    • MSK 6,320,500 seçicinin qeydə alındığını bəyan etmişdir. Bu, 2020-ci ildə keçirilən ən son ümummilli seçkilərlə müqayisədə bir milyondan çox seçici artımını əks etdirir ki, bunu da MSK COVID-19 pandemiyası və Ukraynadakı müharibədən sonra vətəndaş axını ilə əlaqələndirir. Seçici siyahıları ictimaiyyət üçün açıqdır və seçicilər öz məlumatlarını yoxlaya bilərlər. Seçicilər daimi yaşayış yeri üzrə seçici siyahılarına və DTİHB-nin əvvəlki tövsiyələrinə baxmayaraq, seçki günü də daxil olmaqla, əlavə seçici siyahısına daxil edilə bilərlər.


     


    • MSK namizədlərin irəli sürülməsi ilə bağlı 17 müraciət qəbul edib və onların hamısını təsdiqləyib. Namizədlərin heç biri qadın deyildi. Təyin olunan müddətdə yeddi namizəd qeydə alınıb; qalan 10-u isə tələb olunan 40,000 imza ilə imza vərəqələrini geri qaytarmayıb. Hazırkı prezidentlə bərabər bu seçkilərə qatılan digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib.


     


    • 23 günlük seçki kampaniyası rəsmi olaraq yanvarın 15-də başlayıb. Namizədlərin plakatları vahid qaydada MSK tərəfindən təyin edilmiş reklam lövhələrində asılmışdır. Bu günə qədər kampaniya zəif keçib. Parlamentə daxil olmayan əsas müxalifət partiyalarından heç biri seçkiyə qatılmır, biri isə boykot çağırışı ilə çıxış edir. Xarici siyasət və ərazi bütövlüyünün bərpası hazırda kampaniyanın əsas mövzularıdır.


     


     


    DTİHB Seçki Müşahidə Missiyası səhifə: 2 Azərbaycan Respublikası, Növbədənkənar Prezident Seçkiləri, 7 fevral 2024-cü il Aralıq Hesabat (29 dekabr 2023 - 19 yanvar 2024) • Qanunvericilik kampaniya ianələrinin və xərclərinin mənbələri və məbləğləri ilə bağlı məhdudiyyətləri ehtiva edir və president seçkiləri kampaniyası üçün birbaşa dövlət maliyyəsi nəzərdə tutmur. Namizədlər seçki dövrü ərzində MSK-ya MSK tərəfindən sonradan dərc olunan üç maliyyə hesabatı təqdim etməlidirlər. MSK qarşısında kampaniyanın maliyyə hesabatlarının auditinin nəticələrini dərc etməsi tələbi qoyulmur.


     


    • Konstitusiya ifadə azadlığı, media azadlığı və məlumat əldə etmək hüququnu təmin edir, lakin qoyulan məhdudiyyətlər kifayət qədər müəyyən edilməmişdir. Son üç ayda bir sıra onlayn media orqanlarının jurnalistləri və rəhbərləri ilə bağlı çoxsaylı saxlanma və həbslər baş verib ki, bunların da bir qismi hazırki hesabat dövrünə təsadüf etmişdir. Bu kimi hallar, habelə yeni media qanununun məhdudlaşdırıcı mahiyyəti, medianın xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi və bir neçə mühüm tənqidi media saytlarının ölkə hüdudlarında bloklanması bir sıra DTİHB SMM həmsöhbətlərində narahatlıq doğurur. İctimai Televiziya və Radioda adi praymtaym proqramı çərçivəsində pulsuz efir vaxtı ayrılıb ki, onun çərçivəsində namizədlər əvvəlcədən razılaşdırılmış mövzularda fərdi təqdimatlarla çıxış edə bilsinlər.


     


    • Qanunvericilik bütün maraqlı tərəflərə geniş hüquqlar verir, və müvafiq mübahisələrin həlli isə məhkəmənin səlahiyyətinə aid edilir. MSK seçki şikayətlərini araşdırmaq üçün Ekspert Qrupu yaradıb, lakin bu günə qədər heç bir şikayət daxil olmayıb. Yanvarın 19-na olan məlumata görə, Apellyasiya Məhkəməsinə ümumilikdə beş apellyasiya şikayəti verilib ki, onlardan üçü imzatoplama prosesinin vaxtı ilə bağlı potensial namizədlər tərəfindən təqdim edilib. Bu günə qədər edilən bütün müraciətlər rədd edilib. DTİHB SMM-in bir sıra həmsöhbətləri mübahisələrin həlli sisteminə və məhkəmələrin müstəqilliyinə etibar etmədiklərini bildiriblər.


     


    • Seçki Məcəlləsi vətəndaş və beynəlxalq seçki müşahidəsinin keçirilməsini nəzərdə tutur. Bundan əlavə, namizədlər öz səlahiyyətli nümayəndələrini və müşahidəçilərini təyin edə bilərlər. Bəzi vətəndaş cəmiyyəti təşkilatları, o cümlədən əvvəllər seçki müşahidəsi ilə məşğul olanlar DTİHB SMM-nə qeyd ediblər ki, təmsil etdikləri təşkilatların qeydiyyata alınmasında inzibati maneələr və xarici maliyyələşdirmə məhdudiyyətləri onların müşahidə fəaliyyətini hazırlamaq və həyata keçirmək imkanlarını və akkreditasiyadan keçmək imkanlarını məhdudlaşdırır.


     II. GİRİŞ


     Azərbaycan Respublikası Hökumətinin dəvətindən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 29 dekabr 2023-cü il tarixində Seçki Müşahidə Missiyasını (SMM) təsis etdi.1 Ouen Mörfinin başçılıq etdiyi DTİHB SMM yanvarın 5-dən etibarən Bakıda fəaliyyət göstərən 11 nəfərlik əsas heyətdən və müxtəlif bölgələrə təhkim olunan 26 uzunmüddətli müşahidəçidən ibarətdir. Missiya üzvləri ATƏT-in 16 iştirakçı dövlətini təmsil edir və üzvlərin 43 faizi qadınlardır. DTİHB seçki günü proseslərini müşahidə etmək məqsədilə iştirakçı dövlətlərdən 280 qısamüddətli müşahidəçinin ezam edilməsi üçün müraciət edib. 


     III. ÜMUMİ MƏLUMAT VƏ SİYASİ KONTEKST


     2023-cü il dekabrın 7-də Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-də, yəni onun yeddi illik mandatının nəzərdə tutulan müddətinin başa çatmasından təxminən 14 ay əvvəl keçiriləcəyini elan etdi.2 Azərbaycan Respublikasında icra hakimiyyətinin parlamentə nisbətən geniş konstitusiya səlahiyyətlərinə malik olduğu prezident üsul-idarəsi mövcuddur.


     


     


    1  DTİHB-nin Azərbaycanla bağlı əvvəlki seçki müşahidə hesabatlarına baxın.  2  Prezident Əliyev 2003-cü ildən bu vəzifədədir və 2018-ci ilin aprelində 86 faiz səslə dördüncü müddətə seçilib  


    DTİHB Seçki Müşahidə Missiyası səhifə: 3 Azərbaycan Respublikası, Növbədənkənar Prezident Seçkiləri, 7 fevral 2024-cü il Aralıq Hesabat (29 dekabr 2023 - 19 yanvar 2024) Növbədənkənar seçkilərin təyin edildiyi gün Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin aparatları suverenlik və ərazi bütövlüyünə hörmət əsasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq niyyətlərini açıq şəkildə təsdiqlədilər. Bu, Azərbaycanın sentyabrın 19-u və 20-də keçirdiyi hərbi əməliyyatlardan və 101,000-dən çox Qarabağ ermənisinin köçürülməsindən sonra baş vermişdir. Keçmiş yaşayış yerlərinə qayıdanlar və qayıtmayan məcburi köçkünlər üçün səsvermənin keçirilməsi üçün tədbirlər görülür. (Bax Seçkinin İdarə Edilməsi).


     


    Bu seçki Azərbaycan Respublikasının bütün ərazisində keçiriləcək ilk seçki olacaq. Növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı heç bir rəsmi səbəb göstərilməsə də, yanvarın 10-da Prezident, televiziyaya verdiyi müsahibədə suverenliyin bərpasının bir mərhələnin başa çatması və “yeni missiyanın” başlanğıcı olması səbəbindən seçkinin keçirilməsinin mütləq olması fikri ilə əsaslandırmışdır.3


     


    Parlament 2020-ci ilin fevralında beş il müddətinə seçilib. Prezident Əliyevin sədrlik etdiyi hakim Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlamentdə olan 116 mandatdan 69-na malikdir.4 Parlamentdə müstəqil olaraq namizədliyini irəli sürən 36 deputat var, qalan 11 mandat isə 9 partiya nümayəndələrinə məxsusdur. Müvafiq qaydada protokollaşdırılan parlamentin son iclasında keçirilən bütün səsvermələrdə Hökumətin təkliflərinə qarşı heç bir səs verilməmişdir. Hazırkı prezidentlə bərabər bu seçkilərə qatılan digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib.5 İki aparıcı müxalifət partiyası seçkidə iştirak etməmək qərarına gəlib.6 Respublikaçı Alternativ Partiyası (REAL) da iştirak etməmək qərarına gəlib, lakin insanları səs verməyə çağırıb. (Bax Təşviqat Mühiti və Kütləvi İnformasiya Vasitələri).7


     


    Birləşmək, ifadə və dinc toplaşmaq azadlıqları kim fundamental hüquqlar həm qanunda, həm də təcrübədə məhdudlaşdırılır. (Bax Hüquqi Çərçivə və Partiyaların və Namizədlərin Qeydiyyatı). DTİHB SMM-in bir neçə həmsöhbəti vətəndaş cəmiyyəti təşkilatlarına qarşı mövcud məhdudiyyətlərin olduğunu və seçkilərin təyin edildiyi vaxtdan jurnalistlərin və fəalların həbs edildiyini bildiriblər (Bax Kütləvi İnformasiya Vasitələri).8


     


     


    3  Yanvarın 10-da Prezident həmçinin bu yeni dövrdə ilk seçki olaraq 2024-cü ilin dekabrına təyin edilmiş bələdiyyə seçkiləri deyil, ən mühüm seçki kimi prezident seçkilərinin əhəmiyyətini vurğulamışdır. 4  2020-ci ildə dörd seçki dairəsində seçkilər ləğv edildi və o vaxtdan bəri Prezident təyinatı, cinayət mühakiməsi və üç halda parlament üzvünün (millət vəkili) ölümü ilə əlaqədar beş deputat yer boşalmışdır. 5  16 oktyabr 2023-cü il tarixdə YAP və bu seçkilərdə namizədliyini irəli sürmüş digər 4 partiya da daxil olmaqla 23 siyasi partiyanın prezidentə müraciətində deyilir: “Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ölkəmizin xoşbəxt gələcəyi naminə bir daha siyasi həmrəyliyini bildirir, xalqımızın firavanlığı, dövlətimizin əbədi suverenliyi üçün apardığınız uğurlu daxili və xarici siyasətdə Zati-alinizə dəstəyini bəyan edir.” 6  Müsavat Partiyasının aparıcı üzvü Tofiq Yağblu 2023-cü il dekabrın 14-də həbs edilib. Dekabrın 15-də Müsavat seçkilərdə iştirak etməyəcəyini bəyan edib. Azərbaycan Xalq Cəbhəsi Partiyası dekabrın 17-də seçkini boykot etdiyini açıqlayıb. 7  Partiya katibinin Facebook paylaşımına baxın. 8   Azərbaycanda birləşmək azadlığı ilə bağlı işlərdə AİHM Ədliyyə Nazirliyi tərəfindən ictimai birliklərin vaxtında qeydiyyata alınmaması və ya QHT-lərin əsassız olaraq ləğvi ilə bağlı AİHK-nın 11-ci maddəsinin pozulması hallarını tez-tez aşkar edib. Ən sonuncu qərar AİHM-in 2021-ci il Seçki Monitorinq Mərkəzi və başqaları Azərbaycana qarşı və 2023-cü il AİHM-in Bəşirli və başqaları Azərbaycana qarşı işlərində AİHM Ədliyyə Nazirliyinin müraciət edən təşkilatların tələblərin yerinə yetirilməməsi səbəbindən qeydiyyat sorğularının təkrar geri qaytarmasını və inzibati tələblərin yerinə yetirilməməsi səbəbindən rədd qərarların verilməsini qanun pozuntusuna yol verdiyini iddia etmişdir. Oxşar məsələlərlə bağlı AİHM-də baxılan digər işlərə də baxın: Ağayev və başqaları Azərbaycana qarşı və Talışxanlı və başqaları Azərbaycana qarşı. Venesiya Komissiyasının 2014-cü il Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanuna dair 2014-cü il rəyində qeyd olunub ki, 2014-cü ildə edilmiş düzəlişlər “QHTlərin yaradılmasına maneələri artırır, əlavə inzibati tələblər və yoxlamaları gücləndirir, habelə daha problemli qeydiyyat prosedurlarını artırır, fəaliyyətlərə və əməliyyatlara maneələr yaradır və resurslara çıxışı məhdudlaşdırır”.


     


    DTİHB Seçki Müşahidə Missiyası səhifə: 4 Azərbaycan Respublikası, Növbədənkənar Prezident Seçkiləri, 7 fevral 2024-cü il Aralıq Hesabat (29 dekabr 2023 - 19 yanvar 2024) Qadınlar ictimai və siyasi həyatın bütün sahələrində kifayət qədər təmsil olunmurlar. 2020-ci ildə seçilən qadın deputatların faizi spiker də daxil olmaqla 18 faiz təşkil edib.9 Birinci vitse-prezident qadındır və 35 nəfərlik Nazirlər Kabinetində yalnız bir qadın var, lakin nazir vəzifəsində isə qadın yoxdur.


     IV. HÜQUQİ ÇƏRÇİVƏ VƏ SEÇKİ SİSTEMİ


     Prezident seçkiləri ilk növbədə Konstitusiya (sonuncu dəyişiklik 2016-cı ildə edilib) və Seçki Məcəlləsi ilə tənzimlənir. Konstitusiya əsas hüquq və azadlıqları təmin etməklə yanaşı, eyni zamanda onların məhdudlaşdırılması üçün geniş əsasları ehtiva edir.10 Seçki Məcəlləsi seçki prosesinin bütün aspektlərini tənzimləyir. Məcəllənin əlavəsi kimi Mərkəzi Seçki Komissiyasının (MSK) təlimatları mövcuddur. Seçki Məcəlləsinə (2020-ci ilin may və iyul 2023-cü il) iki dəfə və bəzi texniki dəyişikliklər edilsə də, sözügedən düzəlişlər DTİHB və Venesiya Komissiyasının əvvəlki tövsiyələrini əhatə etmir. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarları icra olunmayıb. Əsas azadlıqların məhdudlaşdırılması, seçki komissiyalarının tərkibi, seçicilərin və namizədlərin hüquqlarının məhdudlaşdırılması, seçicilərin birdən çox namizədin müdafiəsi üçün imza atmasının qadağan edilməsi və seçicilərin seçki günü seçici siyahılarına əlavə edilməsi qaydasının aradan qaldırılması zərurəti diqqət mərkəzində saxlanılan prioritet tövsiyələr sərasındadır.11


     


    Bu yaxınlarda Media haqqında və Siyasi partiyalar haqqında yeni qanunlar qəbul olunmuşdur (bax: Partiya və Namizədlərin Qeydiyyatı və Media).12 Media haqqında qanun, digər məsələlərlə bərabər, media qurumlarının reyestrini və onların yaradılmasına dair tələbləri, jurnalistlərin qeydiyyatdan keçmə şərtlərini ehtiva və xaricdən maliyyələşməsini qadağan etmişdir. Siyasi partiyalar haqqında qanunda partiyaya üzvlüklə bağlı dəyişikliklər, siyasi partiyaların maliyyələşdirilməsi və partiyaların buraxılması qaydaları öz əksini tapıb. Hər iki qanunun bəyan edilmiş məqsədi media və siyasi partiyalar üçün əlverişli mühitin təmin edilməsinə əlavə töhfə verməkdir. Bununla belə, DTİHB SMM-in bir çox həmsöhbətləri ifadə və birləşmək azadlığının həyata keçirilməsinə artıq mövcud olan hüquqi məhdudiyyətləri və inzibati maneələri daha da gücləndirməsi səbəbindən sözügedən yeni tələbləri tənqid edirlər. Bir sıra beynəlxalq təşkilatlar qanunvericilik müddəalarının həyata keçirilməsində dövlət orqanlarının geniş ixtiyari səlahiyyətləri ilə yanaşı, ciddi çatışmazlıqları da qeyd ediblər.13 Hər iki qanun Venesiya Komissiyası və DTİHB tərəfindən gözlənilən birgə hüquqi rəylər verilməmişdən əvvəl qüvvəyə mindiyi üçün sonuncuların hələ də qüvvəsini itirməməmiş tövsiyələri nəzərə alınmayıb.


     


    Prezident birbaşa ümumxalq səsverməsi yolu ilə, kvorum tələbi olmadan, səslərin mütləq əksəriyyəti ilə seçilir.14 2009 və 2016-cı il Konstitusiya dəyişiklikləri prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə qədər artırmış, müddətlərin sayı ilə bağlı məhdudiyyətləri aradan qaldırmış və dövlət başçısına növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyəti vermişdir.15


     


    9  Parlamentin 15 daimi komisiyyasının ikisinə qadınlar sədrlik edir (13,3 faiz).   10  Xüsusilə, Konstitusiyaya Dəyişikliklər Layihəsinə dair 2016-cı il Rəyində Venesiya Komissiyası, digər məsələlərlə bərabər, “ictimai asayişi” və “ictimai əxlaqı” pozmaq kimi toplaşmaq azadlığının məhdudlaşdırılmasının geniş əsaslara (Maddə 49), birləşmək azadlığına tətbiq olunan geniş qadağalara (Maddə 58) dair şərh vermişdir və Venesiya Komissiyasına əsasən bu: “qanunvericiyə hər hansı bir fəaliyyəti “cinayət” kimi müəyyən etmək və beləliklə, onu həyata keçirən və ya hətta “onu etmək” “niyyəti daşıyan” hər hansı birliyi qadağan etmək üçün kartblanş verməkdir." 11  DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı bütün əvvəlki hesabatlarına baxın. 12  Qanunlar müvafiq olaraq 2022-ci ilin fevralında və 2023-cü ilin yanvarında qüvvəyə minib. 13  Media haqqında Qanuna dair Venesiya Komissiyası və Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun (DGI) 2022-ci il Birgə Rəyinin 52-ci bəndinə baxın. Həmçinin 2023-cü il DTİHB və Venesiya Komissiyasının Siyasi partiyalar haqqında Qanunla, xüsusən 116-cı bənd bağlı Birgə Rəyinə baxın.  14  Namizədlərdən heç biri səslərin yarıdan çoxunu toplaya bilmədikdə, birinci turdan sonra ikinci bazar günü ən çox səs toplamış iki namizəd arasında ikinci tur keçirilir. 15  Konstitusiyaya Dəyişikliklər Layihəsinə dair 2016-cı il Venesiya Komissiyasının Rəyinə baxın. Rəydə qeyd olunurdu ki, prezidentə növbədənkənar seçkilər təyin etmək üçün müstəsna və müstəqil səlahiyyətin verilməsi “demokratik standartlara uyğun gəlmir”, çünki bu, “seçkiləri ölkə rəhbərliyinin plebisitinə çevirə və avtoritar meyllərə legitimlik verə bilər” (55-ci bənd).  


    DTİHB Seçki Müşahidə Missiyası səhifə: 5 Azərbaycan Respublikası, Növbədənkənar Prezident Seçkiləri, 7 fevral 2024-cü il Aralıq Hesabat (29 dekabr 2023 - 19 yanvar 2024) V. SEÇKİNİN İDARƏ EDİLMƏSİ


     Seçki MSK, 125 Dairə Seçki Komissiyası (DSK) və hər biri beş il müddətinə təyin edilmiş 6319 Məntəqə Seçki Komissiyası (MnSK) tərəfindən idarə olunur.16 Yalnız MSK üzvləri, həmçinin DSK-nın sədrləri və katibləri tam ştatlı işçi hesab olunurlar. MSK, DSK və MnSK müvafiq olaraq 18, 9 və 6 üzvdən ibarətdir.17


     


    Parlament MSK üzvlərini seçir, DSK üzvləri MSK tərəfindən, MnSK üzvləri isə müvafiq DSK-lar tərəfindən təyin edilir. Qanunvericiyə əsasən, komissiyaların bütün səviyyələrdə tərkibi parlamentin siyasi tərkibini əks etdirir: parlament çoxluğu, parlament azlığı (parlamentdə təmsil olunan digər siyasi partiyalar kimi müəyyən edilir) və bitərəf deputatların hər biri isə komissiyaların üzvlərinin üçdə birini irəli sürür. Komissiyaların sədri parlament çoxluğunu, bir katib parlament azlığını, bir katib isə bitərəf deputatları təmsil edir.18 MSK-nın 18 üzvündən dördü, seçki komissiya sədrlərinin üçdə biri və bütün səviyyələrdə tam səsvermə hüququna malik olan komissiya üzvlərinin 41 faizi qadınlardır.


     


    Müəyyən olunmuş müddətdə texniki hazırlıq işləri davam etdirilir. MSK mətbuat nümayəndələrinin və müşahidəçilərin iştirak etdiyi müntəzəm iclaslar keçirib. DTİHB SMM tərəfindən indiyədək müşahidəsi aparılan sessiyalarda qəbul edilmiş qərarlar yekdilliklə təsdiqlənib və dərhal MSK-nın internet saytında dərc olunub. Seçki elan olunduğu gündən MSK əsasən namizədlərin irəli sürülməsi və qeydə alınması, aşağı seçki komissiyalarının tərkibində dəyişikliklərlə bağlı 76 qərar qəbul edib. Bu günə qədər MSK özü və əməkdaşlıqda müxtəlif mövzularda bir neçə seminar və təlimlər təşkil edib, polisin, müşahidəçilərin, MnSK üzvlərinin vəzifələri və mübahisələrin həlli ilə bağlı təlimatlar hazırlayıb.


     


    DTİHB SMM 83 DSK ilə görüşlər keçirib, onların hamısının fəaliyyət göstərdiyi, yaxşı resursla təmin olunduğu və MSK-nın müəyyən etdiyi müddətdə tapşırıqlarını yerinə yetirdiyinin şahidi olub. Sessiyalar əsasən məqsədəmüvafiq əsaslarda həyata keçirilir.


     


    MSK-nın başlatdığı geniş seçici məlumat kampaniyası davam edir və əsas diqqət seçicilərin səsvermədə iştirakının artırılması kampaniyasına yönəldilib. Sözügedən kampaniya MSK-nın internet saytında, YouTube və sosial şəbəkələr, ictimai reklam lövhələri, yayım mətbuatı və MSK üzvlərinin iştirakı ilə televiziya proqramları vasitəsilə həyata keçirilir. Eşitmə məhdudiyyəti olan şəxslərin məlumat almasını asanlaşdırmaq üçün seçicilərlə bağlı məlumat videoları altyazılıdır. MSK DTİHB SMM-ə məlumat verib ki, seçki günü fiziki əlilliyi olan seçicilərin müstəqil hərəkətini asanlaşdırmaq üçün bir sıra seçki məntəqələrində panduslar quraşdırılacaq və hamısı Brayl əlifbalı dəstlərlə təchiz olunacaq. MSK DTİHB SMM-i məlumatlandırıb ki, şəffaflığın artırılması məqsədilə minə yaxın seçki məntəqəsində kameralar quraşdırılacaq.


     VI. SEÇİCİLƏRİN QEYDİYYATI


     Məhkəmənin qərarı ilə, o cümlədən əqli və ya psixoloji əlillik nəticəsində fəaliyyət qabiliyyəti olmayan kimi elan edilmiş şəxslər istisna olmaqla, 18 yaşına çatmış bütün vətəndaşların səsvermə hüququ vardır; belə bir məhdudiyyət beynəlxalq standartlara ziddir. Son beş il ərzində ölkədə yaşayan vətəndaşlığı olmayan şəxslər də səsvermə hüququndan istifadə edirlər. Seçicilərin qeydiyyatı passivdir və daimi


     


    16  Buraya bu seçkilər üçün geri qaytarılmış ərazilərdə yaradılacaq 26 yeni məntəqə seçki komissiyası, habelə ölkədən kənar səsvermə üçün 37 ölkədə 49 MnSK və istirahət evlərində, xəstəxanalarda, digər tibb məntəqələrində, hərbi hissələrdə, neft platformalarında və dənizdə olan gəmilərdə xüsusi seçki məntəqələrində yaradılmış xüsusi seçki məntəqələri daxildir. 17 Hazırkı seçki komissiyaları 2021-ci ildə yaradılıb. Qanun komissiya üzvlərinin mandatlarının sayını məhdudlaşdırmır. 18 Bundan əlavə, sıravi üzvlərin olmadığı halda onların yerinə əvəzedicilər təyin edilir. Qanunvericiliyə əsasən komissiya üzvləri bitərəf və qərəzsiz olmalı, dövlət orqanlarından, bələdiyyə qurumlarından, siyasi partiyalardan, digər hüquqi və fiziki şəxslərdən müstəqil olmalıdırlar.


     


    DTİHB Seçki Müşahidə Missiyası səhifə: 6 Azərbaycan Respublikası, Növbədənkənar Prezident Seçkiləri, 7 fevral 2024-cü il Aralıq Hesabat (29 dekabr 2023 - 19 yanvar 2024) yaşayış yerinə bağlıdır. Seçicilər seçkilərin elan edilməsinə qədər olan müddətdəki 12 ayın ən azı 6 ayı ərzində yaşadıqları ərazinin seçki məntəqəsində qeydə alınırlar.


     


    Seçici siyahıları hər il mayın 25-dək tərtib edilir və bələdiyyələrdən və rayon icra hakimiyyəti orqanlarından alınan məlumatlar əsasında seçki gününə 25 gün qalmış (bu seçki üçün yanvarın 13-nə qədər) yenilənir. MSK vahid ümummilli seçici reyestrini aparır və MnSK-lardan daxil olan məlumatları nəzərdən keçirir. Uyğunsuzluqlar və ya təkrarlar olduqda, MSK MnSK-lardan dəyişiklik tələb edə bilər. MnSK-lar seçici siyahılarını səsvermə gününə ən geci 35 gün qalmış dərc edir. Seçicilər MSK-nın qaynar xətti və ya inzibati binalarda yerləşən ağıllı lövhələrdən istifadə etməklə öz məlumatlarını şəxsən, onlayn olaraq yoxlaya, dəqiqləşdirə və düzəlişlər tələb edə bilərlər.19


     


    DTİHB-nin əvvəlki tövsiyələrinə baxmayaraq, yanvarın 13-dən başlayaraq seçici siyahısına daxil edilməyən və seçki məntəqəsi daxilində yaşadığını sübut edə bilən seçici hüququna malik olan şəxslər müvafiq MnSK tərəfindən seçkidən əvvəl və ya seçki günü əlavə seçici siyahısına daxil edilə bilər. Seçicilər səsvermə gününə 45-25 gün qalmış müvafiq DSK-dan və səsvermə gününə 24-3 gün qalmış müvafiq məntəqə seçki komissiyasından qeydiyyatdan çıxma vəsiqəsinin (QÇV) alınması üçün müraciət edə bilərlər. QÇV seçicilərə ölkədəki istənilən seçki məntəqəsində səs verməyə imkan verir.20


     


    Yanvarın 19-na olan məlumata görə, 6,320,500 seçici qeydə alınıb ki, bu da 2020-ci ildə keçirilən son parlament seçkiləri ilə müqayisədə bir milyondan çox seçici artımını deməkdir. MSK DTİHB SMM-ə izah edib ki, sayda fərq COVID-19 pandemiyası və Ukrayna müharibəsindən sonra vətəndaşların axını ilə bağlıdır. MSK-nın məlumatına görə, seçki hüququ olan məcburi köçkünlərin sayı 396,939 nəfər təşkil edir.21


     VII. PARTİYANIN VƏ NAMİZƏDİN QEYDİYYATI


     Prezident seçilmək hüququ Azərbaycanda azı 10 il daimi yaşayan, ali təhsilli olan, ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında heç bir öhdəliyi və ya əvvəllər ağır cinayətə görə məhkumluğu olmayan seçicilərə verilir. Konstitusiya və Seçki Məcəlləsi hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının və din xadimi vəzifələrinin seçkilərdə iştirak etmək hüququna uyğun olmadığını nəzərdə tutur. DTİHB əvvəlki tövsiyələrində universitet dərəcəsinə sahib olmaq və 10 il rezident olmaq tələblərini əsassız və beynəlxalq standartlara zidd kimi qeyd etmişdir.


     


    Namizədlər qeydə alınmış siyasi partiyalar və onların koalisiyaları tərəfindən və ya müstəqil olaraq, bir qrup seçici tərəfindən və ya özünün namizədliyi ilə irəli sürülə bilər. 2023-cü ildə qəbul olunmuş Siyasi partiyalar haqqında qanun siyasi partiyaların qeydiyyatı, yoxlanılması və fəaliyyətinin tənzimlənməsini sərtləşdirdi və artıq qeydiyyatdan keçmiş partiyalara üzvlüyünü 5000-ə çatdırmaq üçün “tədbirlərin görülməsi”, üzvlərin reyestrinin tərtib edilməsi və Ədliyyə Nazirliyə təqdim edilməsi üçün 180 gün müddət təyin etdi.22 Ədliyyə Nazirliyinin məlumatına əsasən, yeni qanunun qəbuluna qədər 59 siyasi partiya qeydiyyatdan keçmişdirsə, hazırda onların sayı 26 bərabərdir.23


     


     


    19 Qanunvericiliyə əsasən, məntəqə seçki komissiyaları seçicilərin düzəlişləri və seçici siyahılarına daxil edilməsi ilə bağlı müraciətlərini yoxlamalı və bir gün ərzində və ya seçki günü dərhal cavab verməlidir. 20 MSK DTİHB SMM-ə məlumat vermişdir ki, bu seçkilər üçün 200,000 (ümumi seçicilərin 3,2 faizi) QÇV çap edilib. 21 Məcburi köçkünlər ölkə üzrə 10 DSK arasında bölüşdürülmüş 536 seçki məntəqəsində səs verə biləcəklər. 22 Siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün tələb olunan üzvlərin sayı 5 dəfə artaraq 1000-dən 5000-ə çatdırılıb. 47-ci bənddə DTİHB və Venesiya Komissiyasının 2023-cü il Siyasi Partiyalar haqqında Qanuna dair 2023cü il Birgə Rəyində bir daha vurğulanır ki, “yeni hədd olduqca yüksək görünür və AİHM-in 11-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını həyata keçirməyə çalışan vətəndaşların üzərinə yük qoyur, potensial olaraq məhdudlaşdırıcıdır və bu, qeyri-mütənasib olacaq və demokratik cəmiyyətdə məqsədəuyğun deyil”. Həmçinin Siyasi Partiyalar haqqında 2023-cü il Qanunu üzrə DTİHB və Venesiya Komissiyasının 2023-cü il Birgə Rəyinin 116-cı bəndinə baxın. 23  Hazırda qeydiyyatdan keçmiş siyasi partiyaların ictimaiyyətə açıq siyahısı yoxdur.


    DTİHB Seçki Müşahidə Missiyası səhifə: 7 Azərbaycan Respublikası, Növbədənkənar Prezident Seçkiləri, 7 fevral 2024-cü il Aralıq Hesabat (29 dekabr 2023 - 19 yanvar 2024) Bəzi DTİHB SMM həmsöhbətləri siyasi partiyaların qeydiyyatı ilə bağlı sərt yeni tələblərin, eləcə də kampaniyanın müddəti ilə əlaqədar əvvəlki mərhələli dəyişikliklərin,24 namizədlərin qeydiyyatı tələblərinin və kampaniya üçün dövlət maliyyəsinin olmamasının siyasi iştiraka və bu seçkinin rəqabət qabiliyyətinə mənfi təsir göstərməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.


     


    Namizədliyin irəli sürülməsi ilə əlaqədar tələb olunan sənədlərinin təqdim edilməsi dekabrın 9-dan mümkü idi və ayrılan müddət ərzində MSK namizədliyin irəli sürülməsi ilə bağlı 17 müraciət qəbul edib və hamısını təsdiqləmişdir.25 Sözügedən 17 namizədin heç biri qadın deyil. Namizədliyi irəli sürülməş şəxslər 125 seçki dairəsindən ən azı 60-da 50-dən az olmamaq şərtilə imza toplanmaqla, minimum 40,000 imza təqdim etməlidirlər.26 DTİHB-nin əvvəlki tövsiyələrinə baxmayaraq, seçicilər yalnız bir namizədi dəstəkləmək üçün imza ata bilərlər. İmza vərəqələri yanvarın 8-dək MSK-ya təqdim edilməli idi.


     


    17 namizəddən yalnız yoxlanılan ilk 7 nəfər imza vərəqələrini qaytarıb, onların hər biri yanvarın 10-dək rəsmi namizəd kimi qeydə alınıb. Bəzi namizədlər DTİHB SMM-ə deyiblər ki, bir həftəlik rəsmi bayram dövrünə təsadüf edən imzatoplama mərhələsinin vaxtı onların lazımi sayda imza toplamaq imkanlarını məhdudlaşdırmışdır (bax: Seçki Mübahisələrinin Həlli). Bəziləri həmçinin namizədliklərinin qeydiyyatı üçün sənədlərin MSK tərəfindən qəbul edilməsində çətinliklə üzləşdiklərini bildirdilər. MSK bu kimi iddiaları təkzib edərək bildirib ki, bu, bütün proses ərzində sənəd qəbulu keçirilmişdir. DTİHB SMM MSK-da imzaların yoxlanılması prosesini müşahidə etməyə dəvət olunmuşdur.


     


    Qeydə alınmış namizədlər arasında iqtidar partiyası olan YAP-ın irəli sürdüyü hazırkı Prezident, parlamentdə təmsil olunan partiyalar tərəfindən üç, parlamentdə təmsil olunmayan partiya tərəfindən bir və biri deputat olmaqla namizədliyi özü tərəfindən irəli sürülən iki namizəd var.


     VIII. TƏŞVİQAT MÜHİTİ 


     23 günlük rəsmi təşviqat kampaniyası yanvarın 15-də başlayıb və fevralın 6-da başa çatacaq. DTİHB SMM-in uzunmüddətli müşahidəçiləri vaxtından əvvəl təşviqat halları qeyd etməyiblər. Eyni zamanda, yerli təşviqat qurumlarının əvvəlcədən təşviqat plakatları almaqlarına baxmayaraq onların yerləşdirilməsini kampaniyanın başlanmasına qədər təxirə salıblar.


     


    Yanvarın 10-da altı milli televiziya kanalı eyni vaxtda “praym-taym”da Prezidentlə iki saat yarımlıq müsahibəni yayımlamışdırlar ki, burada əsasən indiki kampaniyanın aparıcı mövzuları olan Prezidentin xarici siyasəti və ərazi suverenliyinin bərpası məsələləri müzakirə olunurdu.27 Prezident, bu günə kimi heç bir təşviqat tədbiri keçirməyib.


     


    Seçkilər haqqında qanun inzibati resurslardan sui-istifadəni, o cümlədən təmannasız pul, mal və ya xidmətlərin göstərilməsini, seçkilərin nəticələrinə əsasən mükafat vəd edilməsini qadağan edir. Təşviqat tədbirləri ölkə daxilində xüsusi ayrılmış və qanunla qadağan olunmayan yerlərdə keçirilə bilər.28 Namizədlər müvafiq DSK-ya təşviqat tədbirinin keçirilmə məkanı və təyin olunmuş yerdən istifadə üçün vaxt intervalı göstərilməklə müraciət təqdim etməlidirlər. MSK-nın təyin etmədiyi yerdə açıq havada tədbirin keçirilməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla tənzimlənir və bu, tədbirə ən azı beş


     


    24  DTİHB və Venesiya Komissiyasının rəyinə baxmayaraq, təşviqat müddəti 2008-ci ildə ilkin 60 gündən 28 günə, 2010-cu ildə isə 23 günə endirilib. Qısaldılmış təşviqat dövrünün bərabər şəraiti yaratmaq baxımından mənfi təsirini təsvir edən 10 və 11-ci bəndlərə baxın. DTİHB ardıcıl olaraq təşviqat müddətinin uzadılmasını və bərabər şəraitin yaxşılaşdırılması üçün təşviqat kampaniyası üçün dövlət maliyyələşdirməsinin bərpa olunmasını tövsiyə etmişdir.    25  MSK-nın namizədliyi nəzərdən keçirmək və qərar qəbul etmək üçün beş gün vaxtı var idi. 26  Namizədliyi irəli sürülən şəxslər və irəli sürən partiyalar imza toplamaq üçün insanları işə götürə bilərlər. İmzalar təhsil müəssisələrində, yaşayış məkanlarında və seçkiqabağı təşviqatın aparılması qadağan olunmayan yerlərdə toplana bilər. 27  Tam mətni prezidentin İnternet saytında yerləşdirilib. 28  MSK-nın İnternet saytında 139 qapalı və 139 açıq məkan göstərilib.


    DTİHB Seçki Müşahidə Missiyası səhifə: 8 Azərbaycan Respublikası, Növbədənkənar Prezident Seçkiləri, 7 fevral 2024-cü il Aralıq Hesabat (29 dekabr 2023 - 19 yanvar 2024) gün qalmış yerli hakimiyyət orqanlarına bildiriş təqdim etməyi tələb edir.29 DTİHB SMM həmsöhbətləri qeyd etmişdirlər ki, bu seçkilərdən əvvəl bir sıra hallarda rəsmi qurumlar müxalifət partiyalarının və vətəndaş cəmiyyəti qruplarının açıq havada etiraz aksiyalarına icazə verməyib.


     DTİHB SMM sosial şəbəkələrdə onlayn təşviqat kampaniyasının da müşahidəsini aparır.30 Müvafiq diffamasiya müddəaları istisna olmaqla, onlayn təşviqat üçün bəlli reqlamen yoxdur və qanun onlayn təşviqat üçün xərclərin hesabatına dair tələblər qoymur.


     IX. SEÇKİ KAMPANİYASININ MALİYYƏLƏŞDİRİLMƏSİ


     Seçki Məcəlləsi prezidentliyə namizədlərə təşviqat kampaniyalarını öz mənbələri, fiziki və hüquqi şəxslərin ianələri, siyasi partiyaların töhfələri hesabına maliyyələşdirməyə imkan verir.31 Dövlət prezidentliyə namizədlərin kampaniyaları üçün birbaşa maliyyə ayırmır, lakin parlamentdə deputatları olan siyasi partiyalar illik dövlət subsidiyaları alır.32


     


    Qanun kampaniya çərçivəsində fərdi ianələrin məbləğini fiziki şəxslərdən 3000 manat, hüquqi şəxslərdən isə 50,000 manatla məhdudlaşdırır. Namizəd və ya namizədliyi irəli sürən təşkilat təşviqat kampaniyasına 250,000 manatadək ianə verə bilər. Kampaniya xərclərinə 10 milyon manat limit tətbiq olunur. İlkin maliyyə hesabatlarına əsasən, hazırkı prezident namizədliyini irəli sürən partiyadan maksimum məbləğdə ianə, digər namizədlər isə öz mənbələrindən və ianələrindən ümumilikdə 55,550 manat alıblar.


     


    MSK seçki kampaniyasının maliyyələşdirilməsinə nəzarəti həyata keçirir. Qanunvericiliyə əsasən, qeydiyyat sənədləri ilə eyni vaxtda təqdim edilən ilkin maliyyə hesabatına əlavə olaraq, namizədlər MSK-ya kampaniyanın gəlir və xərclərini əhatə edən aralıq və yekun hesabatlar da təqdim etməlidirlər. Kampaniya yanvarın 15-də başlayıb və aralıq hesabat yanvarın 18-dən 28-dək təqdim edilməli və təqdim edilmə tarixindən yeddi günə qədər olan dövrü əhatə etməlidir. Yekun hesabat seçkilərin yekun nəticələri dərc olunduqdan sonra 10 gündən gec olmayaraq təqdim edilməlidir. Həm aralıq, həm də yekun hesabatlar MSK tərəfindən dərc edilməlidir. MSK həmçinin hesabatları yoxlaya və namizədlərdən və ya partiyalardan əlavə məlumat tələb edə bilər, lakin yoxlama nəticələrini dərc etmək üçün qanuni öhdəlik daşımır.


     X. KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ


     Konstitusiya ifadə azadlığını təmin etməklə yanaşı, dəqiq müəyyən edilməmiş məhdudiyyətlər də təsbit edir.33 Sosial şəbəkələr də daxil diffamasiya və böhtan prezidentə qarşı yönəldilmişsə, üç ilədək həbs və


     


    29  AİHM daha əvvəl qeyd etmişdi ki, “siyasi islahatlar, siyasi məhbuslar üçün azadlıq və sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılması tələbi ilə nümayişlərin keçirilməsinə ya icazə verilməyib, ya da planlaşdırılan yerlərdə icazə baş tutmasına verilməyib”. AİHM-in Mustafa Hacılı və başqaları Azərbaycana qarşı 2022-ci il qərarına baxın. Qərarda Məhkəmə ictimai nümayişlərə icazə verməkdən imtinanın 11-ci maddənin qanunilik tələbinə cavab vermədiyi və demokratik cəmiyyətdə zəruri olmadığı barədə qərar çıxarmışdı.    30   DTİHB SMM namizədlərin və seçilmiş siyasi partiyaların, o cümlədən seşkidə iştirak etməyən partiyaların, dövlət orqanlarının və seçilmiş vətəndaş cəmiyyəti təşkilatlarının Facebook, Instagram və Twitter hesablarının məzmun monitorinqini aparır. 31 Namizədlərdən dəstək imzaların toplanması prosesinə başlamazdan ən azı 24 saat əvvəl MSK-nın təyin etdiyi bankda xüsusi bank hesabı açmaları tələb olunurdu. Xarici ölkələrin və vətəndaşların, beynəlxalq təşkilatların, dövlət orqanlarının və bələdiyyələrin, xeyriyyə təşkilatlarının, dini birliklərin və anonim donorların ianələrinə icazə verilmir. 32.1 avro 1,85 Azərbaycan manatına (AZN) bərabərdir. 2023-cü il, eləcə də 2024-cü il üçün dövlət büdcəsindən partiyalara ayrılan ümumi məbləğ 5 milyon manat təşkil edib. 33 Konstitusiyanın 47.3-cü bəndi “irqi, milli, dini, sosial nifaq və düşmənçiliyi qızışdıran və ya hər hansı digər meyarlara əsaslanan təşviqat və təbliğatı” qadağan edir. Venesiya Komissiyasının Konstitusiyaya Dəyişikliklər Layihəsi üzrə 2016-cı il Rəyinin 40-cı bəndində qeyd edilir ki, belə bir geniş tərifə malik bənd AİHK-nın 10-cu maddəsi ilə təminat verilən ifadə azadlığına həddən artıq məhdudiyyətlərə haqq qazandıra bilər.


    DTİHB Seçki Müşahidə Missiyası səhifə: 9 Azərbaycan Respublikası, Növbədənkənar Prezident Seçkiləri, 7 fevral 2024-cü il Aralıq Hesabat (29 dekabr 2023 - 19 yanvar 2024) ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayət əməlləridir. 2022-ci ildə qüvvəyə minən yeni Media haqqında qanununun qəbulu ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi (RFoM) və Avropa Şurası da daxil olmaqla yerli və beynəlxalq təşkilatlar tərəfindən kəskin tənqidlə qarşılanıb.34   Bir çox DTİHB SMM həmsöhbətləri Media haqqında qanuna daxil edilmiş yeni müddəalardan, xüsusən də media təşkilatlarının və jurnalistlərin de-fakto məcburi qeydiyyatı, ünsiyyətdə olduğumuz insanlar bunları ixtiyari hesab edir,35 medianın xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi və bəzi mühüm tənqidi media saytların ölkə miqyasında bloklanması ilə bağlı narahatlıqlarını ifadə ediblər.36 Son üç ayda, o cümlədən hazırki hesabat dövrü ərzində bir sıra tənqidi onlayn media orqanlarının jurnalistləri və rəhbərlərinin saxlanılmaları və həbsləri həyata keçirilmişdir.37


     


    Seçki Məcəlləsi və təşviqatla bağlı MSK-nın təlimatı təşviqat kampaniyasının geniş tərifini təsbit edir ki, bura müsahibələr, mətbuat konfransları, açıq müzakirələr, debatlar, dəyirmi masalar, siyasi reklamlar, televiziya və radio proqramları daxildir. Belə işıqlandırma ictimai yayımçı olan İTV-də ya pulsuz, ya da pullu ola bilər.38 Kampaniya iştirakçılarının təbliğat-təşviqat fəaliyyəti həmçinin verilişlərin əvvəlində heç bir şərh verilmədən yayım mediası tərəfindən bərabər əsasda işıqlandırıla bilər. Yanvarın 15-də kampaniyanın rəsmi başlaması ilə İTV həftədə üç dəfə televiziya və radioda bir saatlıq verilişlər şəklində pulsuz efir vaxtı təqdim edir. Namizədlərə və ya onların təyin olunmuş vəkillərinə MSK-nın təşkil etdiyi püşkatma ilə müəyyən edilmiş qaydada əvvəlcədən razılaşdırılmış mövzu üzrə öz fikirlərini bildirməyə icazə verilir.   Yanvarın 15-də təşviqat dövrünün rəsmi başlaması ilə DTİHB SMM altı televiziya və altı onlayn media orqanının kəmiyyət və keyfiyyət monitorinqinə başlamışdır.39


     


    34  ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyinin müraciəti əsasında hazırlanmış Media haqqında Azərbaycan Respublikasının Qanunu üzrə 2022-ci il Hüquqi Təhlilinə və və Venesiya Komissiyasının və Avropa Şurasının İnsan Hüquqları və Qanunun aliliyi üzrə Baş Direktorluğunun Media haqqında Qanuna dair 2022-ci il üçün Birgə Rəyinə baxın. 35  Qeydiyyatdan keçmək üçün onlayn mediadan gündə ən azı 20 xəbər hazırlaması tələb olunur. Media reyestrinə daxil olmaq və beləliklə də qanuni olaraq jurnalist kimi tanınmaq üçün sonuncu orta təhsilli olmalı, qeydiyyatdan keçmiş media orqanında işləməli və ya fərdi sahibkar kimi qeydiyyatda olmalı, cinayət məsuliyyətinə cəlb edilməməli və peşə etikası kodeksinə riayət etməlidir. MSK DTİHB SMM-i məlumatlandırıb ki, seçki günü seçki məntəqələrində seçki prosesini işıqlandırmaq və ya MSK-da akkreditasiyadan keçmək istəyən jurnalistlərin KİV reyestrinə daxil edilməsi və ya bu siyahıya daxil edilmiş KİV-də işləməsi tələbi qoyulmayacaq. 36  İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinə KİV-in internet saytlarını məhkəmə qərarına qədər məzmununa görə bloklamaq hüququ verir. Bəzi DTİHB SMM həmsöhbətləri həmçinin ən son 19 sentyabr və 31 oktyabr 2023-cü il tarixləri arasında olmaqla, təhlükəsizlik səbəbi ilə TikTok-un müvəqqəti bloklanmasının bir neçə halını qeyd ediblər. Bloklanmış internet saytlarının tam siyahısı ictimaiyyətə açıqlanmasa da, DTİHB SMM bir sıra internet saytlarının gündəlik ümummilli siyasi xəbərləri yayan bir sıra sayt ümumiyyətlə Bakıda və regionlarda əlçatmazdır. 37  Son üç ayda, ən son yanvarın 13-də polis tanınmış “Absaz Media” araşdırma saytının direktoru, baş redaktoru, baş redaktor müavini və üç jurnalistini mütəşəkkil transsərhəd pul qaçaqmalçılığında ittiham edərək həbs edib. Eyni vaxtda Youtube “Kanal 13”-də çalışan üç jurnalist də qanunsuz tikinti, sərhəddən pul qaçaqmalçılığı və polis əmrinə tabe olmamaq kimi müxtəlif ittihamlarla həbs edilib. Polisə tabe olmadığına görə həbs edilən jurnalist “Kanal 13”də fəaliyyəti ilə bağlı geniş sorğu-sual edildikdən sonra yanvarın 1-də sərbəst buraxılıb. Dekabrın 11-də Youtube “Kanal 11”-də hakimiyyəti tənqid edən jurnalist hədə-qorxu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. Yanvarın 13-də “Gündəlik Bakı” saytının baş redaktoru da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə həbs edilib. Yanvarın 15də Tbilisidə yerləşən və Cənubi Qafqazda regional fəaliyyət göstərən “JamNews” saytının Bakıdakı siyasi müxbiri də həbs edilib, kiçik xuliqanlıqda ittiham, ertəsi gün isə bütün ittihamlar götürülməklə azad edilib. DTİHB SMM həmsöhbətlərinin əksəriyyəti bu həbslərin əksəriyyətini jurnalistlərin peşəkar fəaliyyəti ilə əlaqələndirir. Bununla belə, rəsmilər qeyd edirlər ki, açılan istintaq işləri jurnalistlərin peşəkar fəaliyyəti ilə əlaqəli deyil. Yanvarın 16-da ATƏT RFOM bu həbslərlə bağlı dərin narahatlığını ifadə edib. 38  Vaxt və ya efir məkanı satmaqda maraqlı olan KİV-lər seçkilər elan edildikdən sonra 30 gün ərzində (6 yanvar 2024cü il) bərabər şərtlər təklif, qiymət siyahılarını dərc və MSK-ya təqdim etməlidirlər. MSK 7-si yayım, 10-u çap və 27-si onlayn media olmaqla, 44 KİV-in reklam satışında maraqlı olduğunu açıqlayıb.  39  Televiziyalar: İTV (ictimai), AzTV (dövlət), ARB, ATV, Xəzər və Real TV. Saytlar: apa.az, azertag.az, qafqazinfo.az, report.az, trend.az, turan.az.


    DTİHB Seçki Müşahidə Missiyası səhifə: 10 Azərbaycan Respublikası, Növbədənkənar Prezident Seçkiləri, 7 fevral 2024-cü il Aralıq Hesabat (29 dekabr 2023 - 19 yanvar 2024)


     


    XI. SEÇKİ MÜBAHİSƏLƏRİNİN HƏLLİ


     Seçicilər, namizədlər və onların vəkilləri, siyasi partiyalar, koalisiyalar və onların nümayəndələri, habelə müşahidəçilər və seçki komissiyaları seçki hüquqlarını pozan hərəkətlərdən, hərəkətsizlikdən və qərarlardan şikayət vermək hüququna malikdirlər. Şikayətlər yuxarı seçki komissiyası baxır. MSK-nın qərarlarından Apellyasiya Məhkəməsinə, onun qərarlarından isə qərarı qəti olan Ali Məhkəməyə şikayət verilə bilər.40


     Dekabrın 8-də MSK seçki şikayətlərinə baxılması üçün doqquz nəfərdən ibarət Ekspert Qrupu yaratdı.41 MSK-nın tapşırığına əsasən şikayətlər rotasiya əsasında Ekspert Qrupunun koordinatoru tərəfindən ekspertə təyin olunur. Ekspertlərin verdiyi rəylər MSK üçün məcburi deyil. MSK-nın məlumatına əsasən, bu günədək heç bir şikayət daxil olmayıb. Yanvarın 10-dan etibarən MSK Bakıda, eləcə də digər beş şəhərdə mübahisələrin həlli ilə bağlı seminarlar təşkil edib. DTİHB SMM tərəfindən müşahidə edilən seminarların əksəriyyəti məlumatlı və interaktiv keçib.


     


    Yanvarın 19-na kimi Apellyasiya Məhkəməsinə seçkilərlə bağlı beş müraciət daxil olub. İmzatoplama müddətinin çox qısa olması və ya onun rəsmi bayram günləri ilə üst-üstə düşməsinin onların sözügedən seçkidə iştirakına mane olması ilə bağlı üç müraciət edilib. Apellyasiya şikayətləri təmin edilməyib.42 İki müraciət hazırkı prezidentin erkən təşviqat aparması ilə bağlı idi. Onlardan birinə rədd cavabı verilib, digəri isə inzibati vasitələrin tükənmədiyi səbəbindən qəbul edilməyib.43


     


    Rəsmilər DTİHB SMM-i “Məhkəmə sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il Prezident fərmanının icrası ilə bağlı görülən tədbirlər barədə məlumat təqdim ediblər.44 DTİHB SMMin bir sıra həmsöhbətləri seçki mübahisələrinin həlli sisteminə inanmadıqlarını bildirdilər, çünki onlar məhkəmənin müstəqilliyinin çatışmadığını və daxili məhkəmə vasitələrinin hakimiyyətə qarşı mübahisələrin həllində səmərəsiz olduğunu, nəticədə Avropa İnsan Hüquqları Məhkəməsinə çoxsaylı şikayətlərin göndərildiyini qeyd edilər. Bundan əlavə, DTİHB SMM-in bəzi həmsöhbətləri qeyd ediblər ki, tənqidi fikir bildirən və ya insan hüquqları ilə bağlı işlərlə məşğul olan vəkillərə qarşı intizam tənbehi tədbirləri görülməsi və onların işdən kənarlaşdırılması praktikası mövcuddur.45


     XII. VƏTƏNDAŞ VƏ BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR


     Qanun vətəndaş və beynəlxalq seçki müşahidəsini nəzərdə tutur. Ölkə üzrə müşahidə aparmaq istəyənlər MSK tərəfindən akkreditasiya olunur, digərləri isə müşahidə aparmaq niyyətində olduqları ərazi üzrə DSK-dan akkreditasiya alırlar. Akkreditasiyadan keçmək üçün seçki sahəsində fəaliyyət göstərən təşkilatı təmsil etmək tələb olunur. Akkreditasiyadan keçmiş müşahidəçilər səsvermə və səslərin hesablanması da daxil olmaqla, seçki günü proseslərini müşahidə edə bilsələr də, onlar yalnız MSK-nın icazəsi ilə komissiyanın iclaslarında iştirak edə bilərlər. DTİHB SMM-ə bu günə qədər keçirilən


     


    40  Şikayət və apellyasiya şikayətləri pozuntu/qərardan və ya qərar barədə iddiaçıya məlumat təqdim olunduğu gündən üç gün müddətində verilməlidir. Seçki gününə qədər verilmiş şikayət və müraciətlərə üç gün ərzində baxılmalı və qərar qəbul edilməlidir; səsvermə günü və ya ondan sonra təqdim olunanlarla isə dərhal baxılmalıdır. 41  Qrupun yeddi üzvü MSK üzvü, ikisi isə MSK Katibliyinin əməkdaşıdır. 42  19 yanvar tarixinə qərarların heç biri ictimaiyyətə açıq edilməmişdir. 43  Məhkəmə qeyd edir ki, ərizəçi MSK-ya telefon zəngləri və əlaqə barədə kifayət qədər sübut təqdim etməyib. Müraciətdə hazırkı prezidentin erkən təşviqat apardığı iddia edilirdi. 44  Bu tədbirlərə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi, onların əmək haqlarının artırılması, məhkəmə qərarlarının elektron şəkildə dərc edilməsi və tərəflərin “Elektron məhkəmə” sisteminə çıxışının təmin edilməsi daxildir. 45  2018-ci il Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan Vəkillər Kollegiyasına vəkillərin rolu və müstəqilliyi ilə bağlı tövsiyələrində qeyd olunur ki, “intizam tədbirləri və ya bu cür tədbirlərin tətbiqinə dair hədələr kimi xoşagəlməz nümunə davam etdirilir”. Həmçinin 2020-ci il Bağırov Azərbaycana qarşı işinə baxın, burada Məhkəmə digər məsələlərlə yanaşı, “hüquqdan kənarlaşdırma vəkillərin müdafiəçi kimi öz vəzifələrini yerinə yetirməsinə soyuqqanlı təsir göstərə bilən sərt sanksiya kimi qiymətləndirilə bilməz.”


    DTİHB Seçki Müşahidə Missiyası səhifə: 11 Azərbaycan Respublikası, Növbədənkənar Prezident Seçkiləri, 7 fevral 2024-cü il Aralıq Hesabat (29 dekabr 2023 - 19 yanvar 2024) komissiya iclaslarına çıxış təmin olunub. Namizədlər və siyasi partiyalar da müşahidəçiləri akkreditasiya etmək hüququna malikdirlər. Namizədlərin və onların səlahiyyətli nümayəndələrinin akkreditasiyaya ehtiyacı yoxdur və müşahidəçilərlə eyni hüquqlara malikdirlər.


     


    Bəzi DTİHB SMM həmsöhbətləri xarici maliyyələşdirməni məhdudlaşdıran hüquqi müddəalarla bağlı narahatlıqlarını ifadə edərək, onların müşahidə fəaliyyətini hazırlamaq və həyata keçirmək imkanlarını məhdudlaşdırdığını qeyd ediblər. Bundan əlavə, bəzi VCT-lər, o cümlədən əvvəllər seçki proseslərinin müşahidəsi ilə məşğul olan təşkilatlar qeydiyyat prosesində uzun ləngimələr və ya onların qeydiyyatı və ləğvi ilə bağlı sənədlərdəki kiçik nöqsanları düzəltmək imkanının olmaması kimi inzibati maneələr barədə DTİHB SMM-ə məlumat veriblər.46 Onların fikrincə qeyd olunan maneələr vətəndaş cəmiyyəti təşkilatları kimi akkreditasiyadan keçmək imkanlarını məhdudlaşdırır.


     XIII. DTİHB SMM-NIN FƏALİYYƏTİ


     DTİHB SMM rəsmi olaraq fəaliyyəinə 29 dekabr 2023-cü il tarixində Bakıda keçirdiyi mətbuat konfransı ilə başlamışdır. Missiya rəhbəri, MSK sədri, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və digər yüksək səviyyəli dövlət rəsmiləri, namizədlər, siyasi partiya rəhbərləri və nümayəndələr, media, vətəndaş cəmiyyəti, diplomatik və beynəlxalq ictimaiyyətin üzvləri ilə görüşlər keçirmişdir.


     


    ATƏT Parlament Assambleyası (ATƏT PA) seçki günü müşahidə aparmaq üçün müşahidəçi heyəti göndərmək niyyətini açıqlayıb. Artur Qerasimov (Ukrayna) xüsusi əlaqələndirici vəzifəsinə, Daniela de Ridder (Almaniya) isə ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri təyin edilib.


     


     


    Bu hesabatın ingilis dilində olan sürəti yeganə rəsmi sənəd hesab olunur.  Azərbaycan dilinə tərcüməsi qeyri-rəsmi hesab olunur.


     

     

     

    7 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasında keçirilməsi nəzərdə


                  tutulan növbədənkənar Prezident seçkilərində Prezidentliyə namizədlik


                  sənədləri təsdiq edilmiş M.Mütəllimli, N.Səfərov, S.Kərimov, Ə.Temurxan və


                  seçkilərdə iştirak üçün sənədlərinin Mərkəzi Seçki Komissiyası tərəfindən


                  qəbulundan imtina edilmiş Q.Məmmədov, T.Sadıxlı, Ə.Oruclu, R.Dadaşov


                   tərəfindən birgə


    Oxşar xəbərlər
    
  •      B  Ə  Y  A  N  A  T
  • 
  • HƏMAS-a ötürülən silahlar, artan ölüm halları: Ermənistan ordusunun real vəziyyəti - ŞƏRH + FOTO
  • 
  • Hədəflər
  • 
  • Növbədən kənar seçki yoxsa hakimiyyətdə qorxu sindiromu?
  • 
  • Paris Bakı ilə yaxınlaşır: Düpüyün sensasion şərhi - Video
  • 
    Rəy bildir

    Bu saytın digər istifadəçilərini təhqir etmək, təhqir etmək, üçüncü tərəf saytlarına aktiv keçidlər və ya şərhlərdə reklamdan istifadə etmək qadağandır.