Diqqət! Diqqət! Sos! Sos!
Yazar: ƏliNur от 06 fevral, раздел: Gündəm, baxış sayı 79
Diqqət! Diqqət!
Sos! Sos!
Salam dostlar. MSK-nın qaynar xəttinə 115-ə dəfələrlə zəng elədim,cavab verən olmadı, müşahidəçi vəsiqəmi hardan götürəcəyimi soruşacaqdım.
Sonra hazırlaşıb getdim MSK-ya hazır olmuş müşahidəçilik edəcəyim vəsiqəni götürməyə.10 gün əvvəl ərizəmi və 3-4 ölçüdə fotomu poçtla göndərmişdim,həm də, onlayn ərizə yazıb MSK-nın saytına göndərmişdim.
MSK-ya daxil oldum,girişdəki nəzarətçilərə şəxsiyyət vəsiqəmi təqdim etdim və nəylə əlaqədar gəldiyimi bildirdim. Öz daxili nömrələri ilə yuxarı zəng edib ad, soyadımı dedilər və müşahidəçi vəsiqəmi istədiyimi bildirdilər.
Sonra nəzarətçilər bayırda gözləməyimi məndən xahiş etdilər. Mən də "baş üstə" deyib çıxdım bayıra. Elə bu anda 5-6 nəfər ağzı maskalı,çadralı,hicablı kişilər,ya polis idilər,ya da DTX- a işçiləri,həm də polis geyimində çadralı polislər məni sürüyə-sürüyə qol-qıç eləyib basdılar maşına.
Saat 13:30- da məni soxdular maşına telefonumu da əlimdən aldılar. Maşında zırpı kişilər biri belimdə,biri qucağımda oturmuşdu.
Məni düz axşam saat 21:00-a qədər maşında oynatdılar İlham Əliyevin komandası. Mənim üçün bunlar hərəsi İlham Əliyevin bir orqanı,hərəsi bir barmağı,əl barmağı,ayaq barmağı,gözü,burnu,qulağı,bığı,dalı-qabağı və s. kimi orqanıdı Bir sözlə elə İlham Əliyevdi mənim üçün,İlham Əliyevi görürəm bunların sifətinə baxanda.
Düz 7 saat məni Qobustan-Şamaxı yollarında ac-susuz silkələyə-silkələyə oynatdılar,oramı-buramı əlləşdirə-əlləşdirə gəzdirdilər.
Ürəyim bulandı,maşında qaytardım,qusdum. 21:00-da gətirdilər Elmlər Akademiyasında düşürdülər. Məni 7 (yeddi) saat çöllərdə oynadıb silkələyən maşın 10 -648 nömrə nişanlı "Azsamat" markalı Gəncədə istehsal olunan loqosu "AT" olan maşın idi.
Gəldim rəfiqəmin evinə,halım çox pis,rəngim də sapsarı. Heç nə də yeyə bilmədim,təzyiqim də düşmüşdü. 80/50-yə ürək döyüntüsü də 1 dəqiqədə 50 vurğu.
Rəfiqəm təcili və təxirəsalınmaz yardım çağırdı. Gecəni səhərə yata bilməmişəm,ac olmağıma baxmayaraq hələ də heç nə yeyə bilmirəm.
Gələndə Qurban Məmmədlinin aparıcısı olduğu "Azerfredum" kanalının sonlarıydı. Qurban bəyə zəng elədim,başıma gələnləri danışdım,məsələ içtimailəşdi.
Adam oğrusu İlham Əliyev,rədd ol,get,oğru-quldur komandanla tarixin zibilliyinə!
Oxşar xəbərlər
- ATƏT – in Azərbaycandakı seçkilərə münasibəti
- OCCRP araşdırması
- Hədəflər
- HƏMAS-a ötürülən silahlar, artan ölüm halları: Ermənistan ordusunun real vəziyyəti - ŞƏRH + FOTO
- Azərbaycanda karupsiyanın növbəti faciyəsi