Sözun əsil mənasinda dövlətciliyimizə və xalqimiza xəyanət
Dəyərli oxucular!
Müttəfiqlik bəyannaməsi Azerbaycanla Rusiya arasinda imzalanmasının pərdə arxasında olan əsas üzü, ölkənin daxili siyasətində xalqimizdan sözün esil mənasında gizlədilir. Melumunuz olsun ki, bu Azərbaycana hec bir fayda gətirməyəcək.Tam əksinə, Azerbaycanı bir daha Rusiyann hərbi gücündən aslı vəziyyətə salacaqdir. Bu gizli siyasi oyun, nədənsə məhs təcəvuzkar Rusyanın Ukrainaya tacavuz etməsinə hazırlıq dönəminə təsadüf etdi. Bu bəyənnamə Azerbaycanın qərbdə tərəf göstergisi kimi, verdiyi bir mesaj olmasi hecdə təsadüfü deyil.
Milli Məclisin saxta deputatlarindan biri İlham Məmmədovun bu bəyənnamə aid verdiyi açıqlama isə Prezident İlham Əliyevin və onun atası Heydər Əliyevin indiyədək diktator rejim olaraq, apardıqları siyasətin iç üzünü tam olaraq qabarıq şəkildə göstərir.
Azərbaycan hakimiyyəti Rusiya tərəfindən idarə olunduğunun təzahürüdür və eyni zamanda demokratik yolla inkisaf etmiş və daim inkişafda olan Qərb ölkələrinə rusyanın verdiyi mesajlardan biridir. Əslində bu bəyənnamə həmdə Rusyanın Qafkazda olan gücünü numayiş edir. Rusyanın diktator rejim kimi ətrafındakı kicik Respublikalardan hansilarini idarə etdiyini butun dunyaya bir daha sübut edir.
Bu Respublikalar arasında olanların siyahısı bir bir açıq şəkildə üzə çıxır. Belarusiya, Kazaxıstan, Türkmənistan, Özbekistan, Tacikistan, Kırqızıstan kimi Dövlətləri idarə edən Rusya, bu dəfə Azərbaycanıda idarə etdiyini bildirdi.
Mən bundan öncə məqalələrimdən birində səf etmirəmsə Azərbaycanin mustəqilliyi və 2 çi Qarabag muharibəsi barədə olan məqaləmdə Azərbaycan liderinin Rusiya tərəfindən təyin olundugunu və onun sadəcə Rusiya lideri Putinə menecerlik etdiyini aciqlamişdim.
Bu ata bala Rusiya menecerlərinin apardigi yalniş siyasəti barədə yazarkən bu movzuya toxunmuşdum və bu kimi hallarin baş verəcəyi barədə oxucularimiza bildirmişdim.
Azərbaycan xalqını indiyədək qərbə inteqrasiya edirik şuarıyla aldadan riyakar liderlərimiz, bu əməlləriylə Rusyanın diktator rejiminin menecerlərindən biri olduğunu, aftoritar rejimlə Azərbaycani idarə etdiklərini bir daha təsdiklədi. Bu kimi siyasi addımlar cox tezliklə Azərbaycanı dünyanın aparıcı Dövlətləri olan qərb ölkələrinin qarşısında onun nüfuzunun və etibarının itirilməsinə gətirib cıxaracaq.
Belə bir bəyannamə Azərbaycanın əldə etdiyi müstəqilliyini Qərb qarşısında şübhə altına salmiş olur. Cənubi Qafqazda bu bəyənnaməyə imza atan müstəqil dövlətlərdən Azərbaycan Ermenistandan sonra ikinci bir dövlət oldu və eyni zamanda yeganə dövlətdə deyə bilərik.Cunki Ermənistan artıq öz baglarini Rusiyadan tam qoparmaq istiqamətində dəyişikliklər etmək məqsədində olduğuda heç kəsə gizli deyil.
Özunu politoloq kimi qələmə verməyə calışan Milli Məclisin hec kim tərəfindən seçilməmiş milət vəkillərindən biri olan millət vəkili İlham Məmmədov AZERTAC - a bu barədə fikirlərini bildirərkən söyləyib ki, 43 maddədən ibarət olan bu müttəfiqlik bəyənnaməsinin imzalanmasında Azərbaycanın prezidenti İlham Əliyevin böyük əməyi var. Guya dünya siyasətində böyük nüfuzu olan İlham Əliyevin gecə və gündüz çalişmalarının bəhrələrindən biridir.
Böyük və qüdrətli nəhəng hərbi iqtisadi gücə malik olan bir prespektivli Rusiya kimi ölkə ilə müttəfiq olduq və bu sözləri sanki ilham Əliyevin ən böyük siyasi uğurlarından biri kimi qeyd edib.
Bu siyasətdən boz bas qədər anlayışı olmayan və ya anlayışı olsada həyatında hec vaxt düz söz danışa bilməyən politoloq vəkilçigaz müxalifətin xarici siyasətə olan baxişlarını yayındırmaq məqsədindən əlavə həmdə qan bahasına əldə etdiyimiz müstəqilliyimizi məhs İlham Əliyev 22 - fevral 2022 - ci ildə imzaladığı bəyənnamədə Rusiyaya təslim etmiş olduğunu dilə almaqdan çəkinib.
Bu yalnış zamanda yalnış atılan addımın agir nəticələr verəcəyi artiq bəllidir ve cox cəkməzki biz siravi xalq olaraq öz gundəlik həyatimizda bu neticələri hiss edəcəyik.
Necəki Rusiya xalqi öz Rusiya dövlətinin təcavüzkar siyasəti nəticəsində dövlətlərinə qoyulmuş sanksiyalarin nəticesini artıq öz heyatlarinda hiss etdirlər və əlbətdə bu sadəcə başlanğıcdır.Bu sanksyalarin bundanda ağır nəticələri qarşıdadır.
İndiyə dək Azərbaycan xarici siyasətdə beynalxalq tribunalardan etdiyi cixislarda musteqilliyini guya qorumaq məqsədiylə hər an bolgədə Rusyanin təziqlərinə məruz qaldigini dolayı yollarla ifadə edərək ve əsasəndə Qarabag muharibəsində rusiyanin bir tərəfli olaraq aciq aydin Ermenistani silahlandirdigini Rusyanin bolgədə gərginlik yaratmaqda məqsədyönlu oldugunu iddia edirdisə indi tam əksinəAzərbaycan lideri siyasi yön dəyişdi.
Buda İlham Əliyevin riyakarligini xalqini bu bəyanatlarla və dunya ictimayetini aldatdiginin təzahurudur.
Rusyanin Ukrainaya təcavuz etdiyi məqamda ve butöv Qərb ölkələrinin basda Amerika Birleşmiş Ştatlari olmaqla Rusyanin postsovet məkanina etdiyi tecavuzlerin son qoyulmasinin vaxti gəldiyini bəyan edərkən. Azərbaycan lideri diktator İlham Əliyev Rusiyayla muttəfiqlik bəyənnaməsi imzalamasi Azərbaycanin musteqilliyini indiyədək dəstəkləyən Qərb ölkələriylə apradigi siyasətdə bizlərə səmimi dost olan inkisafimiz ucun küllü miqdarda maliyə ayiran Qərb ölkələrini tərəf secimində aldatdigindan basqa bir sey demək deyil.
Əgər qərb ölkələri Azərbaycana qoyduqları investisiyaları Azərbaycandan cixarmaq qərarına gəlsələr necə ki bunu Rusiyada etdilər və biz ruslarin apardigi siyasətin davam etməsinə kicik bir Respublika olaraq dəstək verəriksə bu yalniz və yalniz bizim böyuk itkilərimizə səbəb olacaq.
Mən ümid edirəm ki əlbətdə Ukraina bu müharibədə qalib gələcək ən azindan bu müharibənin haqlıolan yeganə tərfi Ukrainadir. Ukrainanin bütün postsovet ölkələrinin azadlığı üçün carpismasi dunyanin aparici dovlətlərinin nəzərindədir və Ukrainaya dünyavı dəstək İlham Əliyev və onun kimi aftoretar rejim mencerlərinin maraqina əlnbətdə uyqun deyil.
Sizcə Qərbin investisiyalari sayəsində güclənən Azərbaycana regiyonda tecavüz edə biləcək hansisa bir dövlət varmi Rusiyadan başqa? Və ya Azərbaycana bu son əsirdə Rusiyadan basqa hansi bir dövlət təcavüz edib.
İlham Əliyev sahibi Putinin çağırışıilə ictimaiyyəti marifləndirmədən Moskvaya gedib belə bir bəyənnaməni imzaladi və bununla dünyaya vermək istədikləri mesajla Azərbaycanı dərin bir uçuruma sürüklədi.
İlham Əliyev və digər onun kimi Putinin diktator rejiminə menecerlik edən aftoretar rejim prezidentləri anlamali olduqları tək bir şey var oda tezliklə onlarin getdikləri yolun sonu gözlə göruləcək qədər yaxin oldugudur.
Düşünürəm ki bu xoşbext anlari bizlərin xalq olaraq yasamasi üçün tək yolumuz rejimə qarsi mübarizədə birləşmək Rusiyanın maraqlarini daşıyan bütün lahiyələri baykot etmək və ən esasi belə riyakar siyasətciləri hakimiyyətdən uzaqlasdirmaga nail olmaliyiq.
hər zaman xəbər saitlarimizi izləməyi unutmayin
yaxin gələcəkdə yeni mövzularla görüşmək üzərə
Elnur Əlieyev
İmza Əli Nur
https://sonxeberler.info/gundem/15088-mutdefiqlik-beyemnamesi.html