İlham Əliyevin cinayətləri
Ѕесплатно модули и шаблоны DLE скачать шаблоны дл¤ веб сайтов
İlham Əliyevin Xidməti Cinayətləri:
1) 2003-cü il Prezident seçkilərini saxtalaşdırıb və hakimiyyəti zor gücünə mənimsəmişdir!
2) 2005-ci il Milli Məclisə seçkiləri saxtalaşdırıb və xalqın etiraz mitinqini zor gücünə dağıtmışdır!
3) 2009-cu il Referendumda Konstitusiyamıza saxta səsvermələrlə qeyri-qanuni, anti-milli əlavələr etmişdir!
4) 2017-ci il Referendumunda Konstitusiyamıza saxta səsvermələrlə etdiyi qeyri-qanuni dəyişiklərlə öz ailə
üzvü Mehriban Əliyevanı "vitse-prezident" vəzifəsinə təyin etmişdir!
5) 200_ -cü ildən öz xanımı Mehriban Əliyevanı qeyri-qanuni olaraq, korrupsiya və rüşvət yuvası olan
"Heydər Əliyev fondu"na "prezident" vəzifəsinə təyin etmişdir!
6) 200_ -ci ildə MTN-nə Eldar Mahmudov kimi quldur şəxsiyyəti gətirmiş və cinayətlər silsiləsi sübuta
yetirilmiş bu dövlət məmurunun vəzifədən azad edilməsindən 7 il ötməsinə baxmayaraq, onu hələ də
cəzalandırmamışdır!
7) MTN generalı Akif Çovdarov kimi qulduru əsassız olaraq əfv etmiş, onu vaxtından əvvəl azadlığa
buraxmış, müsadirə edilmiş əmlaklarını onun özünə qaytarmışdır!
8) 2020-ci il Milli Məclisə seçkilərin tam saxta şəkildə keçirilməsinə şərait yaratmışdır!
9) 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qatillərinin gizlədilməsinə, cəzasız qalmasına
şərait yaratmışdır!
10) 2016-2017-ci illərdə Milli Ordumuzda günahsız hərbiçilərimizə qarşı anti-insani işgəncələrlə aparılan,
onlarla hərbiçimizin ölümü ilə, yüzlərlə hərbiçimizin əlil-şikəstliyi ilə, minlərlə hərbiçimizin zorlanması ilə
nəticələnən "Dövlət Terroru"na - "Tərtər Qətlamı"na yol vermişdir!
11) "Tərtər Qətlamı"ndan 7 il keçməsinə baxmayaraq, bu müdhiş dövlət cinayətinin təşkilatçıları və
icraçıları olan dövlət məmurları hələ də vəzifələrdə oturmaqda, cəzasız qalmaqdadırlar!
12) Ölkənin quru sərhədlərini bir-neçə ildir ki, əsassız olaraq bağlı saxlayır, vətəndaşların konstitusyon
hüquqlarını pozur!
13) Neft və qaz hasilatlarından gələn gəlirlərin bölünməsinin şəffaflığını təmin etmir, ictimaiyyətə hesabat
14) Büdcə pullarını tenderlər keçirmədən, qeyri-şəfaf, korrupsion tikinti layihələrinə xərcləyir!
15) Qarabağ köçkünlərini öz yurdlarına qaytarmağı süni şəkildə yubadır, Qarabağda kəndlərimizin sayını
özbaşına, cinayətkarcasına ixtisatra salır!
16) 09 Noyabr 2020-ci il Bəyannaməsinə özbaşına, xaincəsinə imza ataraq, Milli Ordumuzun Zəfər yürüşünə
əngəl törətmiş, ölkəmizin erməni terrorçularından tam təmizlənməsinin qarşısını almışdır!!
17) 09 Noyabr 2020-ci il Bəyannaməsinə özbaşına, xaincəsinə imza ataraq, Rusiya SQ-nin Qarabağa
soxulmasına hüquqi zəmin yaratmış, dövlət suverenliyimizi pozmuşdur!
18) 09 Noyabr 2020-ci il Bəyannaməsinə öz səlahiyyətlərini aşaraq, xaincəsinə imza atmış, Laçın rayonunun
ərazisini "Laçın dəhlizi" adı altında Rusiya SQ-nin və erməni terrorçularının tam səlahiyyətinə buraxmış,
bununla da Konstitusiyamıza zidd qərar qəbul etmişdir!
durumunu dilənçilik səviyyəsinə endirmişdir!
20) Təhsil və Səhiyyə sistemlərini bərbad vəziyyətə salmış, əhalini "Tibbi Sığorta" kimi vacib təminatdan
məhrum etmişdir!
21) Müharibə veteranlarımızı, qazilərimi məmur özbaşnalığı ilə üz-üzə qoymuş, layiqli sosial təminatdan
məhrum etmiş, 50-dən çox qazimizin İNTİHARINA şərait yaratmışdır!
22) Küllü miqdarda dövlət vəsaitini oğurlamış, öz ailə üzvlərinin adına xarici ölkələrdə gizlətmişdir!
23) Öz hakimiyyətini saxlaması naminə seçkilərdə törətdiyi saxtakarlıq faktlarını gizlətmək naminə Avropa
Şurasının üzvlərinə küllü miqdarda dövlət vəsaitini dəfələrlə RÜŞVƏT şəklində xərcləmişdir!
24) 2019-cu ilin dekabrında Tovuz rayonunda törədilmiş "Balaca Nərminin faciəsi"ni öz nəzarətinə götürmüş
və 3 il keçməsinə baxmayaraq, cinayət işini axıra çatdıra bilməmişdir!