ÇAĞIRIŞ


    Ѕесплатно модули и шаблоны DLE скачать шаблоны дл¤ веб сайтов

    ÇAĞIRIŞ!!!
    Azərbaycan Qarabağ Qazilərinə, Vətən Mühahibəsi Veteranlarına Xitabən.
    Dəyərli Vətən Övladları, Vətənimizin, Yurdumuzun Qəhrəman Keşikçiləri!
    Yəqin ki, ölkəmizdə yaranmış hazırki gərgin ictimai-siyasi vəziyyətdən, vətəndaşlarımızın
    düşdüyü ağır sosial durumdan, insan hüquqlarının tapdalanmasından, məmur özbaşnalığından,
    polis vəhşiliyindən, sifarişli məhkəmələrdən, rüşvətdən, korrupsiyadan, yaltaqlıq və
    mənəviyyatsızlıqdan yaxşı xəbərdarsınız. Hər biriniz öz haqqınız uğrunda ayrı-ayrılıqda,
    pərakəndə mübarizə aparmaqdan artıq çoxdan cana doymuşunuz, naəlac qalaraq bu cinayətkar
    rejim ilə çarpışmağın daşını atmısınız... Və, bu acınacaqlı vəziyyətdən çıxış yolunu fərdi şəkildə
    tapmaqda, sözsüz ki, çətinlik çəkirsiniz...
    Unutmayın ki, bu Ölkə bu mafiyanın yox, Sizindir və yalnız Sizlər bu Ölkənin özəl sahiblərisiniz!
    Bu Ölkə Sizin və Sizin övladlarınızın Vətənidir!
    Ata-babalarımızın qan tökdüyü, qurduğu, bizlərə saxladığı bu Vətəni-Torpağı Sizlər can
    qoyaraq, xarici düşmənlərdən qoruduğunuz kimi, daxili düşmənlərdən də qorumağa,
    yaşatmağa, dövlət quruculuğunda və idarəetməsində bir vətəndaş kimi fəal iştirak etməyə
    borclusunuz və buna tam özəl haqqınız var! Bu yolda, bu istəyinizdə Sizə mane olmağa çalışan
    hər bir siyasi, ictimai qüvvəni də dəf etmək Sizin əzəl və özəl borcunuzdur!
    Unutmayın ki, yaşadığınız, canınızdan artıq sevdiyiniz bu ölkədə “Qarabağ münaqişəsi” adlı 30
    illik bir problem var və bu problemin tam həllinə xarici düşmən qüvvələrilə yanaşı, daxili
    Heç birimizə sirr deyil ki, ölkəmizdə 04 iyun 1993-cü il silahlı-qanlı dövlət çevrilişindən sonra
    xain, anti-milli qüvvələr hakimiyyəti zorla ələ keçirmiş, 07 iyun 1992- ci il demokratik seçkilərdə
    Azərbaycan Xalqının qalib gəldiyi, yenicə qurulmuş xalq hakimiyyətini qısa müddətdə terror
    gücünə hərbi çevrilişlə hakimiyyətdən tamam kənarlaşdırmışlar...
    Nəticədə, Azərbaycan xalqının 11 aylıq hakimiyyəti dövründə yeritdiyi milli-demokratik
    siyasət də, Qarabağ cəbhəsində son 1 ildə əldə olunmuş hərbi-siyasi nailiyyətlərimiz də heçə
    endirilmiş, əlavə olaraq, daha 7 rayonumuz da ermənilərə “pay verilərək” (işğala məruz
    qoyularaq), 1 milyona yaxın vətəndaçımız yurd-yuvalarından didərgin salınmışdır...
    Bu münaqişənin davamında və uzanmasında həm qonşu düşmən dövlətlərin, həm indiki
    Əliyevlər hakimiyyətinin maraqları tam üst-üstə düşdüyünü də, yəqin ki, yaxşı başa
    düşürsünüz… Və, məhz bunu başa düşdüyünüz üçün silaha sarılaraq, 44 günlük müharibədə bu
    torpaqların bir hissəsini məhz sizlər geri qaytardınız. Amma ki, hələ də qaçqınlarımızın öz
    yurdlarına geri qaytarılması bu mafiya hakimiyyəti tərəfindən bilərəkdən gecikdirilir.
    Əliyevlər ailəsinin və PKK terrorçu dəstəsinin yaratdığı bu mafioz hakim komanda 30 ildən bəri
    bütün dövlət strukturlarımızı çoxsaylı, xain, qeyri-milli ünsürlərlə doldurmuş, xalqı
    idarəetmədən, söz-mitinq azadlığından, seçkilərdən tam uzaqlaşdırmış, ölkədə quldur
    monarxiya-diktatura sistemi yaradılmışdır. Əhali uşaqpulundan məhrum edilmiş, əlillərin sosial
    yardımı kəsilmiş, qazilərimiz normal sosial təminat sorağında, ədalət-ləyaqət sorağında dövlət
    idarələrində oturan ləyaqətsiz məmurlar qarşısında köməksiz, sahibsiz qalmışdır.
    Ən dəhşətlisi də budur ki, məmur özbaşnalığından cana doymuş, bədənlərinin müxtəlif
    hissələrini itirmiş, hələ də bədənlərində qəlpələr daşıyan SİZLƏR, və ya, psixoloji travma ilə
    yaşayan sizin bir çox dostlarınız, cəbhə yoldaşlarınız öz dövlətindən layiqli qayğını görmək
    əvəzinə, dövlət idarələrində süründürməçiliyə salınaraq alçaldılır, söyülür, qovulur və
    dilənçiliyinə məcbur edilir, daha da ağır duruma salınırsınız!...
    Daha dəhşətlisi də budur ki, öz dövlətinin ondan üz döndərdiyini, cəmiyyətin bu ədalətsizliyə
    biganəliyini görən bu dəyərli insanlar, sizin döyüş yoldaşlarınız olan vətənpərvər oğullarımız
    əlacsızlıqdan intihar etmək qərarına gəlirlər! Çox-çox təəssüflər olsun ki, düşmən gülləsi
    qarşısından qaçmayan igid oğullarımız indi bu hakimiyyətin qudurğan məmurları qarşısında aciz
    qalırlar, təşkilatlanmaq, iradə göstərmək, öz haqqına nail olmaq, övladlarının gələcəyi naminə,
    haqqın-ədalətin bərpası naminə, namərd məmura öz yerini göstərmək naminə mübarizə
    aparmağın yolunu, üsulunu tapmaqda aciz qalırlar...
    Əziz Qazilər, Dostlar, Qardaşlar! Acizliyə, İntihara Son Qoyun!
    Qanunun-Ədalətin, Namusun, Ləyaqətin Zəfəri Naminə, Birləşin! Mübarizəyə qoşulun!
    Ön Cəbhədə Vətən Naminə Vətənpərvərlik və İgidlik Nümunəsi göstərdiyiniz kimi, arxa
    cəbhədə də Yüksək Vətəndaşlıq Nümunəsi Göstərin!
    Birləşin! Təkilatlanın! Bilin ki, Vətənimizin xilası həm də Milli Dövlətçiliyimizin xilasından keçir!
    Bilin ki, Milli Dövlətimizi xain əllərdən, cinayətkar, anti-milli ünsürlərdən təmizləməsək, heç
    vaxt, heç nəyə nail ola bilməyəcəyik!
    Birlik olan Yerdə, Qələbə də Var, Milli Dövlət də Var, Dövlətə Nəzarət də Var!
    Haydı, Təşkilatlan! Xalqınla Birlikdə Təşkilatlan!
    Təşkilatlanaq, Vətənimizi Dövlətimizi Bu Quldurlardan Birlikdə Təmizləyək!
    Azərbaycan Milli Müqavimət Hərəkatının (AMMH) Təşəbbüs Qrupu
    25.04.2023-cü il