Aba Media YouTube Kanalının rəsmi saytı.! » Azərbaycan prezidenti İlham Əliyevə
    

    Azərbaycan prezidenti İlham Əliyevə


    Ѕесплатно модули и шаблоны DLE скачать шаблоны дл¤ веб сайтов

    Azərbaycan Respublikasının Prezidenti
    İlham Əliyevə
    Azərbaycan Respublikasının Baş prokuroru
    Kamran Əliyevə
    Surəti: "ABA Media" kanalının rəhbəri
    Teymur Eminbəyliyə
    Azərbaycan Pespublikasının vətəndaşı, keçmiş hərbiçi,
    Qazax rayonu, Canallı kənd sakini, “Tərtər qətlamı”nın qurbanı,
    MƏCİD KAMAL OĞLU QASIMOV tərəfindən
    Tel/vatsap +994 70-641-55-35
    MÜRACİƏT
    Prezident İlham Əliyev!
    Baş prokuror Kamran Əliyev!
    Bildiyiniz kimi, 2017-ci ilin may-iyun aylarında Azərbaycan Milli
    Ordusunda dövlətçiliyimizə, xalqımıza, və, nəhayət, bəşəriyyətə,
    insanlığa qarşı dövlət qurumlarımız tərəfindən təşkil edilmiş, müdhiş
    işgəncələr silsiləsi baş vermişdir. Cəmiyətimizdə artıq çoxdan “Tərtər
    qətlamı”, “Tərtər soyqırımı”, “Tərtər terroru”, “Əsrin cinayəti” kimi
    tanınmış bu genişmiqyaslı, vəhşi “xüsusi dövlət əməliyyatı” nəticəsində
    minlərlə hərbiçimiz istintaq orqanlarının tətbiq etdiyi insanlığa
    sığışmayan dəhşətli işgəncə metodları ilə, amansız, dözülməz təzyiqlərə
    məruz qoyulmaqla, şər-böhtanlarla bu dövlət terrorunun qurbanına
    çevrilmiş, onlarla vətəndaşımız istintaq işgəncələri zamanı qətlə
    yetirilmiş, minlərlə vətəndaşımız sikəst-əlil vəziyyətinə salınmış, bir
    çoxları “vətən xaini” damğası ilə uzun müddətli həbs cəzasına məhkum
    edilmişdir!
    Bildiyiniz kimi, “Tərtər qətlamı” adlanan bu dövlət terroru general
    Hikmət Həsənovun rəhbərlik etdiyi Tərtər korpusunda təşkil edilmiş,
    Qazaxdan Beyləqana qədər cəbhə boyu bütün hərbi hissələrimizi əhatə
    etmişdir.
    Bildiyiniz kimi, “Tərtər qətlamı”ndan 1 il öncə, hələ 2016-cı ildə general
    Mais Barxudarovun rəhbərlik etdiyi Beyləqan korpusunda da 83nəfər
    hərbiçimiz də eyni işgəncə üsullarına məruz qalmış, nəticədə 1 nəfər
    həbiçimiz cinayətkarcasına qətlə yetirilmişdir...
    Bəli, saysız-hesabsız vətənpərvər oğullarımız məhz dövlətimizin təşkil
    etdiyi cəza maşınının tarixdə görünməmiş dəhşətli və ləyaqətsiz işgəncə
    metodlarına məruz qalmışlar. Onlar arxa (anus) dəliklərindən zorlanmış,
    cinsi orqanlarından elektrik cərəyanına qoşulmuş, lüm-lüt
    soyundurularaq biri-biri ilə cinsi əlaqəyə girməyə, biri-birinin başına
    sidik ifraz etməyə məcbur edilmiş, ayaqlarından asılmış, ailə-uşaqlarına
    terror-təzyiqləri vasitəsi ilə təhdid edilərək, müstəntiqlərin özbaşına
    tərtib etdikləri dindirilmə protokollarını imzalamağa zorla məcbur
    edilmişlər...
    Bəli, öz ölkəsində gözlənilmədən belə dəhşətli işgəncələrə məruz
    qalan, minlərlə günahsız-suçsuz vətəndaşımızın öz dövlətinin vəhşi
    "pəncələri"ndə can verməsi "səhnəsi"nin canlı şahidi olanlardan biri də
    mənəm!
    Bəli, bu dəhşətli qətlam nəticəsində dövlətimizin adına ləkə gətirən,
    mafiozlaşmış və şər-böhtan ocağına çevrilmiş satqın məhkəmələrimiz
    tərəfindən şərlənib, ilkən hərbi prokuror tərəfindən 120 il cəza hökmü
    oxunmuş, Hərbi məhkəmədə 10 il həbs cəzası kəsilmiş, sonda Gəncə
    Apellyasiya məhkəməsində gücündə saxlanılmış bu cəza hökmünü almış
    və bu qanunsuz məhkəmə hökmü nəticəsində 6 il ömrünü zindanlarda
    çürütmüş çoxsaylı hərbiçilərimizdən biri də mənəm!
    Prezident İlham Əliyev!
    Baş prokuror Kamran Əliyev!
    Ümidvaram ki, bu dövlət terrorunun 2017-ci ilin may ayından etibarən
    bir çox efirlərdə, 2021-ci ilin mart ayının 1-dən isə "AzerFreedomTv"-də,
    bir qədər sonra digər müstəqil Youtube kanallarında aparılan ictimai
    istintaqlar, müntəzəm araşdırmalar nəticəsində tam açıldığından, əsil
    cinayətkarların yüksək vəzifəli dövlət məmurlarının olmasından da
    xəbərdarsınız!
    Xəbərdarsınız və susursunuz!
    Ümidvaram ki, həmin terror əməliyyatlarında dözülməz içgəncələr
    nəticəsində qətlə yetirilmiş, əlil vəziyyətinə salınmış, günahsız halda
    zindanlara atılmış minlərlə hərbiçimizin yetim, ac-yalavac, evsiz-eşiksiz
    qalmış uşaqlarından, ailələrindən də xəbardarsınız.
    Xəbərdarsınız və susursunuz!
    Ümidvaram ki, 2 ildən bəri aparılan vətəndaş araşdırmaları sayəsində,
    dindirilmiş şahidlərin göstərdiyi sübutlar əsasında müəyyən edilmiş
    quldurbaşıların kimlər olduğunu da yaxşı bilirsiniz və bu mənfur
    məxluqların yüksək dövlət vəzifələrini hələ də tutub kef sürməsinə,
    bizlərə rişxəndlə yuxarıdan aşağı baxmasına, nəhayət, son qoyacaqsınız!
    Diqqətinizə çatdırıram ki, sizin rəhbərlik etdiyiniz dövlətin güc
    strukturlarının, çoxsaylı hakimiyyətyönlü yaltaq, riyakar siyasi
    güvvələrin, xain trol-mediya şəbəkələrinin göstərdiyi təhdidlərə,
    təzyiqlərə baxmadan 2 il davam edən vətəndaş-jurnalist araşdırmaları,
    müstəqil mediada aparılan ictimai istintaqlar, “Tərtər terroru”
    zərərçəkmişlərinin ailələrinin (Validə Əhmədova, Nəsir Əliyev və s.)
    fədakarcasına apardığı mübarizə nəticəsində bəraət almış, azadlığa
    buraxılmış 19 nəfər “Tərtər məhbuslarından biri də mənəm.
    Diqqətinizə çatdırıram ki, mən bu il bəraət alıb azadlıqda ailəmə
    qovuşduqdan sonra daha acınacaqlı bir durumla qarşılaşmışam. Həbsdə
    olduğum 6 il müddətində həyat yoldaşım 2 körpə uşaqla maddi
    çətinliklər qarşısında tam köməksiz qalmış, Qazağın Canallı kəndində
    yaşadığımız evimizi və əmlakımızı satmış, mənim vəkillərimə,
    məhkəmələrimə və uşaqlarımın maddi təminatına xərcləmişdir.
    Nəticədə, bu gün bizim yaşamağa evimiz yox, mənim və həyat
    yoldaşımın iş yeri yox, heç yerdən bir yardım yox! Necə, nə ilə
    dolanmalıyıq biz? Budurmu dövlətin vətəndaşına qayğısı? Budurmu 6
    illik qanunsus cəzanın və məhrumiyyətlərin dövlət tərəfindən
    kompensasiyası?
    Beləliklə, mən, Qasımov Məcid Kamal oğlu, qanuni hüquqları öz
    dövləti tərəfindən tapdalanmış bir vətəndaş olaraq, sizdən Azərbaycan
    Respublikasının Konstitusiyasına əsaslanaraq, vətəndaşlarımızın
    hüquqlarının qorunmasına qarant olan ən yüksək vəzifəli dövlət
    məmurundan TƏLƏB EDİRƏM:
    1 Mənim 6 illik qanunsuz həbsimin, həbs müddətində məruz
    qaldığım bütün fiziki, maddi-mənəvi zərərlərin, istintaq
    işgəncələrində itirdiyim sağlamlığımın kompensasiyası dövlət
    tərəfindən təcili surətdə təmin edisin!
    2 Mənim ailəm normal insan səraitində yaşamaq üçün dövlət
    tərəfindən yaşayış mənzili ilə təcili təmin edilsin!
    3 Mənim və həyat yoldaşımın işlə təmin olunması barədə aidiyyəti
    dövlət orqanlarına təcili göstəriş verilsin!
    4 2016-2017-ci illərdə Milli Ordumuzun Tərtər, Beyləqan və digər
    korpuslarında təşkil edilmiş bu dəhşətli dövlət terrorura təcili və
    publik surətdə öz münasibətinizi bildirin!
    Cünki, bu vacib addımı xalq Sizdən-Prezidentdən, səxsən, təcili
    surətdə gözləyir!
    5 “Tərtər qətlamı”nda adları hallanan, quldur, cinayətkar dövlət
    məmurlarının cinayət məsuliyyətinə cəlb edilməsini, bu
    cinayətlərin başında durmuş, təşkilatçılıq etmiş yüksək rütbəli
    generalları tutduqları vəzifələrdən təcili azad edin, onların qanun
    qarşısında ciddi cəzalandılmasını təcili təmin edin!
    Aydınlıq üçün təşkilatçı-cinayətkar məmurların adlarını nəzərinizə
    çatdırıram:
    Hərbi prokuror, general Xanlar Vəliyev,
    Hərbi prokuror müavini, general Şəfayət İmranov,
    Baş prokuror (keçmiş), general Zakir Qaralov,
    Baş prokuror müavini (keçmiş), general Rüstəm Usubov,
    Müdafiə naziri, general Zakir Həsənov,
    Baş qərargah rəisi (keçmiş), general Nəcməddin Sadıxov,
    Korpus komandiri (keçmiş), general Hikmət Həsənov,
    Korpus komandiri, general Mais Barxudarov,
    Ali Məhkəmənin sədri Ramiz Rizayev,
    Tərtər r-n məhkəməsinin sədri (keçmiş) İlqar Quliyev,
    Baş hərbi həkim (keçmiş), general Natiq Əliyev,
    Hərbi Məhkəmənin sədri Əziz Seyidov,
    "Dəniz pişikləri”nin komandiri, general Cəfər Seyidov,
    Daxili İşlər naziri (keçmiş), general Ramil Usubov,
    DTX rəisi (keçmiş), general Mədət Quliyev,
    Hərbi polis rəisi (keçmiş) p-k Rasim Məhərrəmov,
    Və sairə...
    Diqqətinizə çatdırıram ki, mən bu günə qədər hər addımımda qanuna
    rəayyət edən, müraciətlərimdə dövlət orqanlarına, prezidentə inam və
    hörmətlə yanaşan bir vətandaş kimi davranmışam. Ancaq, bu
    müraciətimdə bilərəkdən sizlərə "cənab", "hörmətli", yaxud
    "möhtərəm" ifadələrindən istifadə etmək fikrindən vaz keçmək qərarına
    gəldim...
    Düşünürəm ki, sizlər mənim bu qərarımın nədən irəli gəldiyini yaxşı
    anlayırsınız... və öz nüfuzunuzun vətəndaş qarşısında bərpası üçün
    lazımı addımlar atmağa tələsəcəksiniz!...
    Diqqətinizə çatdırıram ki, mənim bu müraciətimə sizin heç bir cavab
    verməyəcəyiniz təqdirdə, mən və mənim kimi minlərlə “Tərtər
    terroru”nun zərərçəkmişləri öz müraciətimizi qardaş Türkiyə və Avropa
    mətbuatında yayımlayacaq, Türkiyə dövlətindən və Beynəlxalq
    təşkilatlardan hüquqi yardım diləməkdə davam edəcəyik...
    Hörmətlə,
    Azərbaycan Respublikasının vətəndaşı,
    keçmiş hərbiçi, “Tərtər terroru”nun qurbanı:
    İmza: ____________________ Qasımov Məcid Kamal oğlu
    Tarix: 24 aprel 2023-cü il