Aba Media YouTube Kanalının rəsmi saytı.! » AZƏRBAYCAN MİLLİ MÜQAVİMƏT HƏRƏKATI
    

    AZƏRBAYCAN MİLLİ MÜQAVİMƏT HƏRƏKATI


    Ѕесплатно модули и шаблоны DLE скачать шаблоны дл¤ веб сайтов

    AZƏRBAYCAN MİLLİ MÜQAVİMƏT HƏRƏKATI (AMMH)
    1 HƏRƏKATIN İDEOLOGİYASI
    1.1. İnsan hüquqlarının, söz və mətbuat azadlığının, siyasi hüquqların, sosial təminatın, dil və
    mədəniyyətin dövlət tərəfindən qorunduğu və təmin edildiyi Vətəndaş Cəmiyyətinin yaradılması,
    1.2. Hakimiyyətin Vətəndaşa Tabe Etdirilməsi!
    2 HƏRƏKATIN MƏQSƏDLƏRİ
    2.1. Korrupsioner, mafioz, anti-milli Əliyevlər hakimiyyətinin qanuni yollarla (etiraz aksiyaları ilə)
    İstefaya göndərilməsi,
    2.2. Əliyevlərin İdarəcilik (Siyasi) sisteminin ləğvi,
    2.3. Uydurma, anti-milli “Heydərizm” ideologiyasına son qoyulması,
    2.4. Milli-Demokratik prinsipərə əsaslanan Dövlət Sisteminin yaradılması,
    2.5. Hüquqi, Sosial Təminatlı Vətəndaş Cəmiyyətinin formalaşması,
    2.6. Hakimiyyət bölgüsünün formalaşması:
    2.6.1. Demokratik prinsiplərə əsaslanan Seçki Sistemi və müstəqil Seçki Komissiyası,
    2.6.2. Demokratik Seçki sistemi əsasında formalaşan Parlament,
    2.6.3. Müstəqil Məhkəmə sistemi,
    2.6.4. Müstəqil Yerli hakimiyyət (Bələdiyə sistemi),
    2.6.5. Parlamentar sisteməyə əsaslanan Mərkəzi Hakimiyyət.
    3 HƏRƏKATIN PRINSIPLƏRI
    3.1. Mövcud hakimiyyətə müxalif mövqedə olan bütün siyasi və ictimai təşkilatlarla, ziyalılar və
    mətbuat nümayəndələri ilə əməkdaşlıq.
    3.2. Mübarizədə etik normalara əməl etmək və leqitim fəaliyyət formalarından istifadə etmək;
    bu prinsiplərə uyğun gələn bloqerlərlə əməkdaşlıq etmek, başqalarına neytral mövqe tutmaq.
    3.3. Hərəkata siyasi, dini, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxs qəbul edilir.
    3.4. Hərəkat üzvlüyünə qəbul fərdidir, kolektiv üzvlük qəbul edilmir.
    3.5. Üzvlərin dini, etnik, siyasi mənsubiyyəti Hərəkatda müzakirə edilmir.
    3.6. AMMH öz fəaliyyətində Rəsulzadə-Elçibəy dövlətçilik prinsiplərini əsas tutur.
    4 HƏRƏKATIN ŞÜARLARI
    4.1. Azadlıq, ədalət, milli hökumət!
    AMMH-nin Təşəbbüs Qrupu 15.07.2023-cü il