Tel. ____________________________________
İDDİA ƏRİZƏSİ
2016-2017-ci illərdə Azərbaycan Respublikasının 4 dövlət güc orqanı (DTX, DİN, Respublika
Prokurorluğu və Müdafiə Nazirliyi) tərəfindən Azərbaycanın Milli Ordusunun "Beyləqan korpusu"nda,
“Bərdə korpusu”nda və digər cəbhəyanı hərbi hissələrində korpus komandiri, general Hikmət
Həsənovun, korpus komandiri, general Mais Barxudarovun, Müdafiə naziri Zakir Həsənovun, Baş
Qərargah rəisi (keçmiş) Nəcməddin Sadıxovun, Hərbi prokuror Xanlar Vəliyevin, Baş prokuror
(keçmiş) Zakir Qaralovun, DTX rəisi (keçmiş), general Mədət Quliyevin, DİN naziri (keçmiş), general
Ramil Usubovun və digər çoxsaylı dövlət məmurlarının rəhbərliyi və iştirakı ilə hərbiçilərimizə qarşı
kütləvi işgəncələr və çoxsaylı qətllərlə nəticələnən Dövlət Terroru baş vermişdir!
“Tərtər Genosidi”, "Tərtər Qətlamı" kimi tanınmış bu anti-insani, qətlam xarakterli işgəncə-
iştintaq prosesi nəticəsində onlarla günahsız hərbiçimiz qətlə yetirilmiş, yüzlərlə hərbiçimiz əlil-şikəst
edilmiş, minlərlə vətəndaçımıza şər-böhtançı məhkəmələrimiz vasitəsi ilə "vətən xaini" damğası
"Youtube" kanallarda 2 ildən bəri qedən ictimai istintaqlar nəticəsində "Tərtər Qətlamı"nın
təşkilatçı və icraçı general-məmurların hamısının cinayətləri tam sübut olunsa da, hələ də bu
cəlladların heç biri cinayət məsuliyyətinə cəlb edilməmiş, əksinə, vəzifələri bir qədər də
yüksəldilmiş, prezident tərəfində mükafatlarla təltif edilmişlər!
"Tərtər Terroru"nun qurbanları 6 ildən bəri haqq sorağında küçələrdə qalmışlar, mafiozlaşmış
məhkəmələrdə öz haqqlarını sübut edə bilmirlər, dövlət orqanlarının cinayəti nəticəsində məruz
qaldıqları külli miqdarda maddi-mənəvi itkilərin kompensasiyası verilmir, polis tərəfindən döyülürlar,
O cümlədən, prezident İlham Əliyev 2003-cü il prezident seçkilərini saxtalaşdıraraq, hakimiyyəti
zor gücünə mənimsəmiş, Konstitusiyanın ____ maddəsinə zidd olaraq hakimiyyəti 20 il ərzində
saxta yollarla, zor gücünə əlində saxlamış, öz ailə üzvü olan Mehriban Əliyeva üçün rüşvət-
korrupsiya mərkəzi və mafioz qurum kimi tanınmış “Heydər Əliyev” fondu yaratmış, 2017-ci ildən
bəri isə, qeyri-qanuni yollarla onu özünə “vitse- prezident” vəzifəsinə təyin etmişdir!
Həmçinin, Prezident İlham Əliyev Konstitusiyamıza zidd olan 09 Noyabr 2020-ci il
Bəyannaməsinə təkbaşına, xaincəsinə imza ataraq, Milli Ordumuzun uğurla apardığı anti-terror
əməliyatını yarımçıq saxlamış, erməni terrorçularının Qarabağdan tam təmizlənməsinə mane olmuş,
əlavə olaraq, xarici dövlətin (Rusiya Federasiyasının) hərbi hissələrini yenidən Azərbaycan
ərazisinə yerləşdirərək, dövlət suverenliyimizi pozmuşdur!
Yuxarıda göstərdiyim səbəbləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının ___
maddəsinə və ___ maddəsinə əsaslanaraq, TƏLƏB EDİRİK:
1) Azərbaycan Respublikasının prezidenti İlham Əliyev öz vəzifə borcunu yerinə yetirmək
iqtidarında olmadığı üçün tutduğu “Azərbaycan Respublikasının prezidenti” vəzifəsinə təcili XİTAM
VERİLSİN!
2) Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 20 illik fasiləsiz hakimiyyəti dövründə yol
verdiyi çox ciddi dövlət cinayətləırinə görə təcili MƏSULİYYƏTƏ CƏLB EDİLSİN!
İMZA: ________________________ / ______________________________________ /
TARİX: 09 may 2023-cü il