AMMH-nin İH-nin Bəyanatı
Ѕесплатно модули и шаблоны DLE скачать шаблоны дл¤ веб сайтов
Azərbaycan Milli Müqavimət Hərəkatının (AMMH) Keçici İdarə Heyətinin
ADR partiyasının sədri Qubad İbadoğlunun saxlanılması ilə bağlı
BƏYANATI
23.07.2023-cü il tarixində Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri,
tanınmış alim, London Syasi və İqtisad Məktəbinin professoru Qubad İbadoğlu öz həyat
yoldaşı İradə xanımla birlikdə DİN-nin əməkdaşları tərəfindən kobud şəkildə
saxlanılmışdır. Saxlanılma əməliyyatı “Bandotdel”in maskalıları tərəfindən Qubad bəyə
və onun xanımına fiziki zorakılıq tədbiq edilməklə yerinə yetirilmişdir. Ehtimal ki, polisin,
heç bir ciddi səbəb olmadan bu əməliyyatı belə vəhşiliklə keçirməsi hakimiyyətin
cəmiyyətdə xof-qorxu hissi yaratmaq istəyi ilə bağlıdır.
İbadoğlu ailəsinin polis tərəfindən kobud şəkildə saxlanmasının səbəbi, sözsüz
ki, Qubad bəyin Əliyevlər rejiminə qarşı barışmaz vətəndaş möqeyi və onun
nüfuzlu müxalifət partiyasının lideri olmasıdır!
Hakimiyyətin Siyasi Partiyalar Haqqında ötən il qəbul etdiyi yeni mürtəce qanunu, eyni
zamanda siyasi və iqtisadi siyasətini əsaslı şəkildə tənqid etməklə yanaşı, hakimiyyət
üçün arzuolunmaz siyasi rəqibə çevrilən Qubad İbadoğlu 27 iyun 2023-cü ildə
Londonda İngiltərə və Uelsin Xeyriyyə Komissiyasında qeydiyyatdan keçən
"Azərbaycan Gənclərinin Təhsil Fondu"-nin fəaliyyətə başlaması ilə də hakimiyyətin
hədəfinə çevrilmişdir. Məhz bundan sonra hakimiyyət təmsilçiləri və trolları tərəfindən
Qubad İbadoğluna qarşı davamlı qarayaxma kampaniyasına start verilmişdir.
Biz, AMMH olaraq, Qubad İbadoğluna qarşı baş verənləri Əliyevlərin ailə-tayfa
hakimiyyətinin öz cinayətkar əməllərini polis zorakılığı, şər-böhtan məhkəməsi vasitəsi
ilə ört-basdır etməsinə, bu cinayət faktlarının Qubad bəy kimi ziyayı, iqtisadçı
alimlərimizin elmi araşdırmaları vasitəsi ilə cəmiyyətə çatdırılmasına mane olmağa
çalışması kimi qiymətləndiririk.
AMMH-nin Keçici İdarə Heyəti Əliyevlər rejiminin bu quldur davranışını öz siyasi
opponentlərinə qarşi şər-böhtan kompaniyasının və polis özbaşnalığının planlı şəkildə
davamı, hakimiyyətin repressiya maşınının daha da cücləndirilməsi, siyasi partiyaların
qanuni-normal fəaliyyətinə qadağalar qoymaq, hər cür maneələr yaratmaq, ölkəmizin
beynəlxalq imicinin daha da pisləşməsinə xidmət etmək kimi dəyərləndirir və
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun dərhal
Azad Edilməsini tələb edir!
Qubad İbadoğluna – AZADLIQ!
Hakimiyyətin repressiya maşınına – SON!
AMMH-nin Keçici İdarə Heyəti
24.07.2023-cü il