AMH-nin Tələbləri
Ѕесплатно модули и шаблоны DLE скачать шаблоны дл¤ веб сайтов
MH-nin TƏLƏBLƏRİ:
1) MH hakimiyyətin siyasi partiyalar haqqında qəbul etdiyi yeni mürtəce
qanunu pisləyir, müxalifət partiyalarının dövlət tərəfindən dünya
standartlarına uyğun şəkildə hüquqi-maddi təminatını, siyasi məhbusların
təcili azad edilməsini tələb edir!
2) MH hakimiyyətdən yürütdüyü 30 illik irtica siyasətdən əl çəkməyi, polis
özbaşnalığına, sifarişli məhkəmələrə, saxta seçkilərə SON qoymağı tələb edir!
3) MH cinayətkarlar yuvası olan saxta Milli Məclisin təcili buraxılmasını, Yeni
Seçki Qanunları əsasında MM-ə yeni demokratik seçkilərin keçirilməsini tələb
edir!
4) MH hakimiyyətdən mövcud cinayətkar "İcra hakimiyyətləri" və "Bələdiyyə
başqanlıqları" sistemlərinin ləğvini, qardaş Türkiyədəki demokratik özünü
idarəetmə sisteminin tətbiqini tələb edir!
5) MH hakimiyyətdən ölkənin quru sərhədlərinin təcili açılmasını, vətəndaşların
konstitusyon hüququ olan sərbəst hərəkət etmənin təmin edilməsini,
nəqliyyat , yanacaq, qaz, elektrik enerjisi tariflərinin aşağı salınmasını tələb
edir!
6) AMH hakimiyyətdən gənc ailələrə normal uşaqpulu verilməsini, onların
sosial mənzillə vaxtında təmin edilməsini, qazilərimizin, müharibə
əlilərimizinnin layiqli sosial təminatını tələb edir!
7) AMH hakimiyyətdən vətəndaşların təqaüdlərinin artırılmasını, təqaüd yaşının
60 yaşa salınmasını, həmçinin, bank kreditlərinin 10%-dən aşağı salınmasını
tələb edir!
8) MH hakimiyyətdən təhsil və səhiyyə sistemlərində köklü dəyişiklər etməyi
tələb edir, orta və ali təhsil ocaqlarında rüşvətin ləğvini, gənclərimizin pulsuz
təhsil almasını, səhiyyə sistemində isə, “tibbi sığorta”nın tətbiqini tələb edir!
9) MH hakimiyyətdən “Tərtər terroru”nun təşkilatçıları olan generalların,
yüksək çinli dövlət məmurlarının təcili vəzifədən azad edilməsini, onların
ciddi cəzalandırılmasını, dövlət orqanları tərəfindən təşkil edilmiş bu qanlı
terrorda zərərçəkmiş vətəndaşlarımızın layiqli hüquqi, maaddi-mənəvi
kompensasiya almasını təmin etməyi tələb edir!
10) MH hakimiyyətdən Qarabağ köçkünlərinin öz el-obasına təcili
qaytarılmasını, məskunlaşdırılmada lazımı dövlət qayğısını və bu proseslərin
açıq ictimai nəzarət altında aparılmasını tələb edir! AMH Qarabağda tarixi
kəndlərimizin sayının azaldılmasını qəti şəkildə pisləyir!
11) MH hakimiyyətdən dövlət məmurlarının rüşvət-korrupsiya azğınlığına Son
qoymağı, talançı-mafioz çətənin zirvəsi olan “Heydər Əliyev fondu”nun təcili
ləğv edilməsini, bu fondun prezidentinin- Mehriban Əliyevanın məsuliyyətə
cəlb edilməsini tələb edir!
12) MH hakimiyyətdən ölkədə sərbəst biznes fəaliyyətinin, iqtisadi azadlığın
təminatını, monopoliyanın ləğvini istəyir! Eləcə də, soyğunçu kömrük
məmurlarının, oliqarxlaşmış nazirlərin, harınlaşmış İcra başçılarının
qudurğanlığına Son Qoymağı, oğurladıqları sərvətləri müsadirə edib xalqa
qaytarmağı tələb edir!
AMH-nin Təşəbbüs Ürupu
28 aprel 2023-cü il